1. Təzyiq altında fışqıran su şırnağı; bu şırnağı fışqırtmaq üçün düzəldilən hovuz və qurğular; fontan. □ Bakı bulvarının gözəl fəvvarələri var.
2. Məcazi mənada: bitməz-tükənməz, arasıkəsilməz şey, axın. □ Tüstü fəvvarəsi. Toz fəvvarəsi.
1. İnsanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı; müdriklik, kamillik; ehtiram doğuran sifətlər. □ ..Buraya gəldikdə mənə.. fəzilətindən çox şeylər söyləmişdilər. (S.Hüseyn).
2. Məcazi mənada: dəyər, qiymət, məziyyət. □ ..Bir kəs tapılmaz ki, elmin fəzilət və mənfəətini və onun cümləyə zəruri olmasını inkar edə. (F.Köçərli).