1. Hər hansı xidmətə, nailiyyətə görə ehtiram, iftixar əlaməti olaraq verilən. □ Fəxri adlar.
2. Hörmət, ehtiram əlaməti olaraq seçilən. □ Fəxri rəyasət heyəti. Fəxri üzv.
3. Hörmətli, şərəfli, əziz, izzətli. □ Fəxri qonaq.
4. Hörmət, ehtiram əlaməti olaraq edilən hörmət, ehtiram üçün düzəldilən. □ Fəxri qəbul. Fəxri qarovul.
5. Hörmətli, şərəfli, şərəf qazandıran, şərəfləndirən. □ Fəxri vəzifə. Fəxri əmək.
Ədəbiyyatşünaslıq. Orta əsrlərdə Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında məsnəvi, qəzəl və s. formalarda şairin öz fəzilətlərindən, yaxşı sifətlərindən, xüsusən hünər və səxavətindən mədh şəklində bəhs edən lirik şeir. □ Füzulinin “Mənəm ki qafiləsalari-karivani-qəməm” fəxriyyəsi.
Azərbaycan dilinin izahlı lüğəti1. Anatomiya. Fəqərə sütununun bir hissəsini təşkil edən ayrıca sümük (və ya bəzi heyvanlarda qığırdaq); onurğa sümüyü. □ İnsanın döş fəqərəsi.
2. Hadisə, əhvalat, qəziyyə, vaqiə, hekayə. □ ..Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım. (Ə.Haqverdiyev).
3. Arxaizm. Bənd, maddə (elmi və s. əsərlərdə).
1. Göy, səma, asiman.
Əncüm ilǝ fǝlǝk mǝnǝm, vǝhy ilǝ hǝm mǝlǝk mǝnǝm,
Çǝk dilinivü ǝbsǝm ol, mǝn bu lisanǝ sığmazam. (İ.Nəsimi)
2. Məcazi mənada: tale, qismət, bəxt, uğur. □ Sən saydığını say, gör fələk nə sayır. (Atalar sözü)
Əzizim, Qarayazı,
Şaxtalı qar, ayazı,
Qələmin sınsın fələk,
Yazanda qara yazı. (Bayatı)
See also: