1. Səhərin çox erkən, günəş çıxmazdan əvvəlki çağı, dan vaxtı. □ Fəcrin saf havası dolur içəri; Kəndi seyr eləyir... Oyanır həyat. (B.Vahabzadə).
2. Dan vaxtı göydə görünən qızartı və aydınlıq. □ O baxışlarda fəcrdən parlaq; Bir ziya var buluddan daha saf. (A.Şaiq).
1. Ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs. □ İnqilab fədailəri. Fədai dəstəsi.
2. Sifət kimi: ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan. □ Hər tərəfdə fədai və nizami qoşun nəfərləri intizamı qoruyurdu. (M.İbrahimov).
3. Məcazi mənada: ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs. □ Ədəbiyyat fədaisi.
1. Ümumi bir iş və ya məslək uğrunda öz şəxsi mənafeyindən keçən, özünü qurban verməkdən çəkinməyən; öz məqsədini həyata keçirmək yolunda çalışan, hər cür fədakarlığa hazır olan. □ Fədakar gənclər. Fədakar əsgər.
2. Fədakarlıq ifadə edən; fədakarcasına. □ Fədakar hərəkət. Adamlarımızın fədakar zəhməti.
1. İstehsalatda bir peşə kimi əməklə məşğul olan, işçi sinfinə mənsub əməkçi; əmələ. □ Fəhlə və kəndli təbəqəsi.
2. Öz iş qüvvəsini satmaqla yaşamağa məcbur olan muzdlu işçi; proletar. □ Fəhlələrin bir həftə əvvəl başlamış tətili hələ də davam edirdi. (M.Hüseyn).