Reklam
Reklam

All dictionaries

embriologiya [embriyalogiya] isim yun. embryon – rüşeym + ...logiya

Rüşeymin əmələ gəldiyi dövrdən bala çıxana qədər olan müddətdə embrionun inkişafını öyrənən elm. □ Heyvan embriologiyası.

Azərbaycan dilinin izahlı lüğəti

embrion [embriyon] isim yun. embryon – rüşeym

Tibb. İnkişafın erkən dövründə olan insan və heyvan orqanizmi; rüşeym. □ Embrion qişası.

Azərbaycan dilinin izahlı lüğəti

emiqrant [emiqrant] isim lat. emigrare – köçmək

İqtisadi, siyasi və ya dini səbəblərdən öz ölkəsindən başqa ölkəyə məcburi və ya könüllü köçmüş şəxs. □ Siyasi emiqrant.

Azərbaycan dilinin izahlı lüğəti

emiqrasiya [emiqrasiya] isim latın

1. Coğrafiya. İqtisadi, siyasi və ya dini səbəblərdən başqa ölkəyə məcburi və ya könüllü köçmə, mühacirət. □ Kütləvi emiqrasiya.

2. Coğrafiya. Öz vətənini, daimi yaşadığı ölkəni tərk edərək yaşayış üçün başqa ölkəyə köçmüş insanın vətəndən kənarda qaldığı yer və müddət.

Azərbaycan dilinin izahlı lüğəti

emissar [emissar] isim lat. emissarius – göndərilmiş

Dövlət və ya xüsusi təşkilat tərəfindən başqa ölkəyə müəyyən qeyri-rəsmi (əsasən, məxfi) tapşırıqla göndərilən şəxs, xüsusi elçi; gizli agent. □ Emissar göndərmək.

Azərbaycan dilinin izahlı lüğəti

emissiya1 [emissiya] isim latın

Maliyyə. Tədavülə banknot, kağız pul və qiymətli kağız buraxılışı. □ Kağız pul emissiyası.

emissiya2 [emissiya] isim latın

Ekologiya. Vulkan püskürməsi, zəlzələ kimi təbiət hadisələri zamanı, həmçinin müəssisələrdən, evlərdən, avtomobillərdən və s.-dən maye və bərk çirkləndirici maddələrin, yaxud enerjinin ətraf mühitə buraxılması.

Azərbaycan dilinin izahlı lüğəti

emosional [emasiyanal] sifət fr. emotion < lat. emovere – oyatmaq, həyəcanlandırmaq

Tez duyğulanan, hislərini saxlaya bilməyən, tez həyəcanlanan; başqalarını duyğulandıran, onlarda həyəcan oyadan. □ Emosional insan. Emosional çıxış.

Azərbaycan dilinin izahlı lüğəti

emosiya [emosiya] isim fr. emotion < lat. emovere – oyatmaq, həyəcanlandırmaq

Gerçəkliyin əks etdirilməsi prosesində insanda yaranan hissi hal. □ Müsbət emosiya.

Azərbaycan dilinin izahlı lüğəti

empirizm [empirizm] isim yun. empeiria – təcrübə

Fəlsəfə. Hissi təcrübəni biliyin yeganə mənbəyi hesab edən, ağlın və təfəkkürün rolunu arxa plana çəkən fəlsəfi təlim.

Azərbaycan dilinin izahlı lüğəti

emulsiya [emulsiya] isim lat. emulsus – sağılmış

Bir-birində həll olmayan iki mayedən ibarət dispers sistem. □ Asfalt emulsiyası.

Azərbaycan dilinin izahlı lüğəti

endo... [endo] yun. endon – daxili, içəri

Müxtəlif sözlərə qoşularaq “daxilə”, “içəriyə aid olan” mənalarını ifadə edən ön şəkilçi; məs.: endoskopiya, endolimfa və s.

Azərbaycan dilinin izahlı lüğəti

endokrinologiya [endak'rinalogiya] isim endo... + yun. krino – ayırıram + ...logiya

Daxili sekresiya vəziləri haqqında elm. □ Endokrinologiya tədqiqatları.

Azərbaycan dilinin izahlı lüğəti

endoskopiya [endask'apiya] isim endo... + skopeo – baxıram

Tibb. Daxili orqanlara işıqlandırıcı optik cihazla (endoskopla) baxma. □ Endoskopiyanın qastroskopiya, bronxoskopiya, rektoskopiya, sistoskopiya və s. növləri var.

Azərbaycan dilinin izahlı lüğəti

endşpil [entşpil] isim alm. endspiel < ende – axır, son + spiel – oyun

1. İdman. Şahmat oyununda son mərhələ; bu mərhələyədək bir çox fiqurlar, hər şeydən əvvəl isə vəzirlər dəyişdirilir. □ Top endşpili.

2. Məcazi mənada: sona yaxınlaşma, bir prosesin sonu. □ Hadisələrin endşpili.

Azərbaycan dilinin izahlı lüğəti

energetika [energetik'a] isim yunan

1. İqtisadiyyat. Enerji ehtiyatları, müxtəlif enerji növlərinin alınması, bir şəkildən başqa şəklə çevrilməsi, ötürülməsi və istifadə olunması məsələlərini əhatə edən təsərrüfat sahəsi. □ Sənaye energetikası.

2. İqtisadiyyat. Enerji resurslarının emalı, bölüşdürülməsi, istehlakçıya çatdırılması və istifadəsinə xidmət edən təbii və süni sistemləri öyrənən elm sahəsi.

See also:

coğrafiya: alternativ energetika coğrafiya: energetika sistemi Azərbaycan dilinin izahlı lüğəti