1. Camaat, xalq, adamlar. □ Söz var el içində, söz var ev içində. (Atalar sözü).
2. Ölkə, məmləkət, vilayət. □ Sağ gedəsən ulusuna, elinə; Misri qılınc bağladaram belinə. (“Koroğlu”).
3. Tayfa, qəbilə. □ Deyirlər ki, qədim zamanlarda bu torpaqda bir el yaşarmış. (M.İbrahimov).
See also:
Klassik ədəbiyyatda elam yazılmış rəsmi vərəqə, bildiriş vərəqəsi mənalarında işlənmişdir. □ Mötəbər üləma vilayətlərə elamnamələr göndərirdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayi-dövlətə .. peşkəş versin. (M.F.Axundzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. □ Qəzet elanı. İşə qəbul haqqında elan.
2. Arxaizm. Rəsmi bildiriş vərəqəsi. □ Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. (Ə.Haqverdiyev).
See also:
1. Arxaizm. Bir yurdda, bir yerdə yaşayan camaat, xalq, el. □ ..Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquinə görə Qazax mahalından bir neçə elat köçüb Qarabağ vilayətinə, İbrahim xanın təhti-himayəsinə keçibdir. (F.Köçərli).
2. Arxaizm. Başlıca olaraq maldarlıqla məşğul olan köçəri kənd əhalisi. □ Yaz ayı elat dağa çıxanda Nəbi dəstəsiynən gəlmişdi Qırxlar dağına. ("Qaçaq Nəbi”).