Qədim Misirdə fironların nəhəng məqbərəsi, sərdabəsi; piramida. □ Dünyanın yeddi möcüzəsindən biri də Misir ehramlarıdır.
1. İlahiyyat. Hacılıq ziyarətinə gələnlərin Məkkəyə daxil olmaları və tələb olunan geyimə bürünmə mərasimi. □ Səfayi-kuyinə ehram bağlayan aşıq; Yeri var etməsə, ey şux, Kəbə içrə məqam. (S.Ə.Şirvani).
2. Ərəblərin büründükləri böyük ağ parça.
3. Arxaizm. Bədəni qurutmaq üçün, xovlu böyük dəsmal.
1. Ölmüş adamın adına, xatirəsinə verilən yemək. □ Müsəlmanlar bir yaxını öldükdə dəfndən sonra ehsan verirlər.
2. Savab məqsədilə bir şey (pul, yemək və s.) vermə. □ Hər cümə axşamı ehsan paylamaq savabdı.
3. Ehsan olaraq bağışlanan şey; bəxşiş, sədəqə.
4. Klassik ədəbiyyatda lütf, məharət, yaxşılıq mənalarında işlənmişdir. □ Bu Xətai xəstənin vergil muradın, ya ilah; Kim mənə lütf eylə ehsan, səndən özgə kimsə yox. (Ş.İ.Xətai).
1. Arxaizm. Mal, ərzaq və s.-ni ucuz qiymətə alıb sonradan baha qiymatlə satama işi; alver. □ Novruz bəy özünün ehtikarındakı müvəffəqiyyətlərini xatırlayırdı. (S.Hüseyn).
2. Arxaizm. Qanunsuz olaraq mal alıb varlanmaq məqsədilə onu baha qiymətə satma. □ Ehtikar üstündə məhkəməyə cəlb edilmək.