1. Qorunmağa, sığınmağa yarayan yer; sığınacaq, təhlükəsiz yer; gizli yer, xəlvət. □ Namərd adam dava günündə qaçar; Gedər daldalarda pəhləvan olar. (“Koroğlu”).
2. Məcazi mənada: kömək, arxa, himayə. □ Daldası olan adam.
3. Sifət kimi: sığınmağa və ya gizlənməyə yarayan. □ Dalda yer. Dalda divar.
1. Daldalanmağa yarar yer, dalda yer, sığınacaq; bir şeydən qorunmaq üçün yer. □ Nəriman hər şeydən əvvəl özünə daldalanacaq axtarırdı. (Mir Cəlal).
2. Sifət kimi: daldalanmağa yarar yeri, dalda yeri, sığınacağı olan. □ Burada heç daldalanacaq yer yoxdur.
1. Dalda bir yerə sığınmaq, çəkilmək, pənah aparmaq; özünü bir şeyin təsirindən qorumaq üçün bir yerə çəkilmək. □ Ağacın altında daldalanmaq. ...daldalanmaq üçün bir bucaq, sığınacaq axtarır. (Ə.Məmmədxanlı).
2. Gizlənmək. □ Qapının dalında daldalanmaq.
See also: