Evin həyətinə baxan; həyəti, küçəni süpürən xidmətçi, süpürgəçi. □ O günün sabahı dalandarı yanıma çağırıb, gördüyüm qadın barəsində məlumat istədim. (S.Hüseyn).
Dalandarın işi, vəzifəsi. □ Dalandarlıq etmək. Həyətlərində neçə ildən bəri dalandarlıq edən bu kişinin ona xeyli yaxşılığı dəymişdi. (M.Hüseyn).
Bax: dalanmaq.
“Dalamaq” feilinin məchul növü. □ Ətim dalandı.
Bax: dalaşdırılmaq.
Bir-biri ilə vuruşdurulmaq, aralarına dava salınmaq.
Bax: dalaşdırmaq.
Vuruşdurmaq, vuruşmalarına səbəb olmaq. □ Uşaqları dalaşdırmaq.
Dalaşmağı, savaşmağı çox sevən, daim dalaşan, boğuşan; çox davakar. □ Dalaşqan uşaq. Dalaşqan köpək həmişə xoralı olar. (Atalar sözü).
Dalaşqan adamın xasiyyəti; savaşqanlıq, davakarlıq, boğuşqanlıq.
Bax: dalaşmaq.
Savaşmaq, vuruşmaq, dava eləmək; küsüşmək, sözləşmək, söyüşmək, bir-birinə ağır sözlər demək. □ Uşaqlar dalaşırlar. Baba, daha Gülpəri ilə dalaşma, mən razıyam. (S.S.Axundov).
See also:
Dalayan.
Xanəndələrin oxumağa başlarkən əvvəlcə giriş kimi söylədikləri söz.
Bir-birinin dalınca, bir-birinin ardınca; ardıcıl, peydərpey; arası kəsilmədən, ara vermədən; fasiləsiz. □ Dalbadal axışıb gəlmək. Dalbadal papiros çəkmək. Dalbadal öskürmək.