1. Dilçilik. Bitmiş bir fikri ifadə edən söz birləşməsi və ya söz. □ Sadə cümlə. Sual cümləsi. Budaq cümlə. 2. Hamı, hamısı, bütün. □ Yetim İmranı nə tövr saxladığım cümləyə məlumdur. (S.S.Axundov). 3. Arxaizm. Miqdar, məbləğ.
See also:
1. Hamının dərdini çəkən, hamıya qayğı göstərən, canyandıran, qayğıkeş. □ Cümləqayğı adam. 2. İsim kimi: hamının dərdini çəkən, hamıya qayğı göstərən, canyandıran, qayğıkeş adam.
Hamının dərdinə qalma, hamının qayğısını çəkmə. □ Çünki onda belə bir cümləqayğılıq xasiyyəti də vardı. (S.Rəhimov).
Danışığında və yazısında qəliz, təmtəraqlı cümlələr, ibarələr işlətməyi sevən adam.
1. Qəliz və təmtəraqlı cümlələr, ibarələr işlətməyi sevmə. □ Politexnik təlim haqqında ümumi mülahizələr yeritməkdən, cümləpərdazlıqdan əl çəkərək praktik iş görmək lazımdır. 2. Boş, məzmunsuz, təmtəraqlı sözlər.
Bax: cümlətani.
Hamılıqla, hamısı bir yerdə, yekunu. □ Cümlətani on beş kişi idi: hamısı əsgər geyimli, dəri papaqlı idi. (Y.V.Çəmənzəminli).
Arxaizm. Yan, yan tərəf, nəzd. □ 1879-cu ildə... Qori şəhərində xristian darülmüəlliminin cünbündə müsəlman şöbəsi açıldı... (F.Köçərli).
Ədəbiyyatşünaslıq. Şairlərin seçmə əsərləri, yaxud beytlərin əlyazma toplusu; ədəbiyyat həvəskarlarının tərtib etdiyi poeziya antologiyaları. □ Fars dilində yazılmış cüng.
1. Növ, çeşid, qisim. □ Mağazada yüz cür şey var. 2. Üsul, qayda, tərz. □ Ayrı cür edə bilməzdim.
Müxtəlif; növ-növ, hər növ, hər cür, çeşid-çeşid, dürlü-dürlü. □ Cürbəcür şəhərlər gəzmək. Cürbəcür xörəklərdən yemək.
Cürbəcür olma, müxtəliflik, başqa-başqalıq.
Gildən, saxsıdan, şüşədən və s. materialdan düzəldilən darboğazlı su qabı. □ Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. (Ə.Haqverdiyev).
Bir qurtum içki, su; bir udumda içiləcək maye. □ Bir cürə mənə su ver. (Ə.Haqverdiyev).
Çox balaca, çox kiçik, xırdaca, boy atmamış, sısqa. □ Cürə uşaq.
Zoologiya. Qızılquş növündən alıcı kiçik quş.
Bax: cürbəcür.