Acından bağırsaqlarda əmələ gələn səsi bildirən təqlidi söz.
Bax: curuldamaq.
Cur-cur eləmək, quruldamaq. □ Qarnı curuldamaq.
Coşma, qaynama; qələyan, həyəcan.
See also:
Suvarma suyunu bölüşdürən adam. □ Suçıxmaz arxa cuvar qaydalar, adımı da qoydular yarıtmaz. (Atalar sözü).
Arxaizm. Üstdən geyilən uzun ətəkli, enli, düyməsiz geyim. □ Qocalarımız, cavanlarımız uzun börk qoyardılar, təpəçuxa və cübbə geyərdilər. (Ə.Qəmküsar).
Cübbə geymiş. □ Bir çılpağı min cübbəli soya bilməz. (Atalar sözü).
Toyuq balası. □ Cücəni payızda sayarlar. (Atalar sözü).
Xırdaca gözləri olan. □ Cücəgöz adam.
Xal-xal. □ Cücəgözü parça.
Xuruşu cücədən ibarət olan plov. □ Bəlkə şeyx cənabları təam buyuralar, yaxşı cücəplov bişiriblər. (C.Məmmədquluzadə).
Bax: cücərdilmək.
Bəslənib yetişdirilmək, becərilmək.
Bax: cücərmək.
Yetişmək, boy atmaq, torpaqdan çıxmaq, görünməyə başlamaq (bitki haqqında). □ Havalar qızdıqca çiyid cücərirdi.