Ciki-biki, cikinə-bikinə kimi (qədər), cikini-bikini də, cikini də-bikini də – hərtərəfli, ən kiçik təfərrüatına qədər. □ Yox, usta Əbülqasım, gərək sən bu maşının cikini-bikini tamam-kamal biləsən. (S.Rəhimov).
See also:
1. Əşyaya cila vermək, sürtməklə parıldatmaq, parıltı vermək. □ Qiymətli daşları cilalamaq.
2. Məcazi mənada: yaxşılaşdırmaq, təkmilləşdirmək, gözəlləşdirmək. □ Xalq öz mahnılarını əsrlər boyu cilalayır və təkmilliliyin ən yüksək dərəcəsinə çatdırır. (Ə.Bədəlbəyli).