1. Xətt, cızıq çəkmək; dırnağı və başqa bərk, ucu iti bir şeylə basaraq iz buraxmaq. □ Xəlil... qələmini çıxardıb, katibin dırnağı ilə cızdığı yerdən imzasını atdı. (M.Hüseyn).
2. Qaralama şəklində yazmaq, çəkmək, hazırlamaq. □ Həsrət cızdığı planlar barədə... Daşdəmirlə... məsləhətləşmək istədi. (B.Bayramov).
3. Siyirmək, dərisini qopartmaq; cırmaqlamaq, cırmaq, cızıq-cızıq eləmək. □ Ağac qolunu cızıb. Tikan əlimi cızdı.
4. Məcazi mənada: düşünmək, düzəltmək. □ Plan cızmaq.
1. Pul və başqa xırda şeylər qoymaq üçün paltara üst və iç tərəfdən tikilən kisəcik. □ Artıq qazanc cib yırtmaz. (Atalar sözü).
2. Portfeldə, çamadanda və s.-də ayrıca bölmə, göz.
3. Cibə qoyulan, cibdə gəzdirilən. □ Cib bıçağı. Cib saatı. Cib dəftəri.
See also: