1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. □ Cah-calallı şənlik. Cah-calallı toy. Xan öz oğluna cah-calallı toy etmək qərarına gəldi.
2. Qaş-daş içində olan, bəzəkli. □ Şahzadənin geyimi cah-calallı, bər-bəzəkli parçalardan hazırlanmışdı.
Azərbaycan dilinin izahlı lüğəti1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. □ Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir. (Atalar sözü). Cahil enər alçaqlığa, öz qəlbinə yenməz; Vicdandan əgər dönsə də, xeyrindən o dönməz. (B.Vahabzadə).
2. Cavan, gənc; cahıl. □ O, hələ çox cahil, cavan olduğu üçün həyatı dərk etmirdi.
1. Avam-avam, cahilcəsinə, avamcasına, nadancasına, anlamazcasına. □ Cahilanə danışıq. Cahilanə davranış. Kəndxuda Ağakərimin avam və cahilanə söhbətinə səbrlə qulaq asdı.
2. Zərf kimi: avam-avam, cahilcəsinə, avamcasına, nadancasına, anlamazcasına.