Bax: tısbağa.
Dialekt. Atların buxovluğunda əmələ gələn xəstəlik (yara).
See also:
Zoologiya. Taxıl bitkilərinə zərər verən cücü. □ Taxıl bitkilərinin (xüsusən buğdanın) qorxulu zərərvericisi olan taxıl bağacıqlarına qarşı mübarizə üçün bioloji üsul geniş tətbiq edilir.
Dialekt. Atın dırnaqlarının üst (tük qurtaran) tərəfi.
Dialekt. Enli yarpaqları olan və yarpaqlarından dəri boyamaq üçün boya hazırlanan bir ağac.
Qıçların hövsələ sümüyünə bitişən yeri.
Dialekt. Atın topuğu ilə dırnağı arasındakı hissə; buxovluq.
Dialekt. Heyvanların ayaqlarının yerə dəyməyən hissəsi.
1. Dialekt. Sap, iplik və s. sarınan çarx; tağalaq. 2. Dialekt. Dayaz quyulardan dol ilə su, neft çəkmək üçün qurğu. □ ..Səhərdən axşama qədər atı bağaraya qoşub, neft çəkərdim. (A.Şaiq).
Bax: bağ-bağat.
Adətən arxların kənarında bitən enliyarpaqlı bir bitki olub, xalq təbabətində yaraları sağaltmaq üçün işlənir. □ Bağayarpağının 200-ə yaxın növü məlumdur.
Bağlıq, ağaclıq, yaşıllıq. □ Maştağa kəndinin .. bağı-bağatı başqa kəndlərə görə bir qədər abad idi. (H.Sarabski).
Bağ-bağatı, yaşıllığı olan, səfalı. □ Bağ-bağatlı yer.
Bağlıq və güllük yer. □ Cuma baxımsız qalmış bağ-bağçalara göz yetirirdi. (Ə.Əbülhəsən).
1. Bağa baxan, bağa qulluq edən adam; bağ yetişdirməklə, bağçılıqla məşğul olan adam; bağçı. □ Bağa bağban lazımdır, qoyuna – çoban. (Atalar sözü). 2. Məcazi mənada: qayğı ilə bəsləyən, tərbiyələndirən, yetişdirən adam, tərbiyəçi mənasında.
Bağbanın peşəsi, işi, sənəti; bağçılıq. □ Bağbanlıq etmək. Bağbanlıq peşəsi.