Reklam
Reklam

All dictionaries

bel1 [bel] isim

1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Ağır yükün altına girənin beli sərpər. (Atalar sözü).
2. İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. Xoşbəxtlikdən bel dikələr, bədbəxtlikdən bel bükülər. (Atalar sözü)
3. Məcazi mənada: hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid. □ Min Qazaxda köhlən ata; Göy yaylaqlar belinə qalx. (S.Vurğun).
4. Məcazi mənada: dövrə, ətraf. □ Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. (M.Hüseyn).

bel2 [bel] isim

Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. □ Dəmir bel. Bel ilə belləmək. Bir ağacdan bel də olur, kürək də. (Atalar sözü). Dəliyə yer ver, əlinə bel! (Atalar sözü).

See also:

frazeologizm: bel bağlamaq frazeologizm: beli bağlı olmaq frazeologizm: beli bükülmək frazeologizm: beli qırılmaq (sınmaq) frazeologizm: beli üzükdən keçmək frazeologizm: belinə çöpdən dirək frazeologizm: belinə palan basmaq frazeologizm: belinə yükləmək frazeologizm: belini çəkmək frazeologizm: belini qırmaq (sındırmaq) frazeologizm: bir-birinin belində frazeologizm: ceyran belinə çıxmaq frazeologizm: dəliyə yel ver, əlinə bel ver frazeologizm: ətəyi belində olmaq frazeologizm: qarnı belinə (dalına) yapışmaq frazeologizm: qiyməti ceyran belinə çıxmaq frazeologizm: quyruğunu belinə qoymaq frazeologizm: namusu yeyib, arı belinə bağlayıb (şəlləyib) Azərbaycan dilinin izahlı lüğəti