1. İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi, heyvan bədəninin beyin olan yuxarı və ya ön hissəsi. □ Baş bədənin tacıdır, gözlər onun daş-qaşı. (Atalar sözü). Qoyunun başı.
2. Başın beyin və saç olan yuxarı hissəsi; kəllə, qafa. □ Daz baş. Başında bir dənə ağ tük yoxdur. Başına papaq qoymaq. Ağıl yaşda deyil, başdadır. (Atalar sözü)
3. Məcazi mənada: zehin, şüur, ağıl, zəka. □ Başımda hər şey qarışdı. Belə bir şey heç başımda yox idi. Kişidə baş var. Yaşına baxma, başına bax. (Atalar sözü)
4. Bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi, üstü. □ Qüllənin başı. Ağac bar verəndə başını aşağı əyər. (Atalar sözü) Dağ başında tısbağa camışdan yekə görünər. (Atalar sözü)
5. Bir şeyin qalın, çıxıq, yumru ucu, təpəsi; yumru şəkildə olan hər şey. □ Vintin başı. Mıxın başı. Bir baş kələm.
6. Kənar, qıraq, yan. □ Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. (Mir Cəlal)
7. Bir şeyin başlandığı yer, başlanğıc. □ Çayın başı. Arxın başı. Kanalın başı. Yolun başı.
8. Müəyyən bir müddətin, hərəkət və ya hadisənin başlanğıcı, əvvəli, ibtidası. □ İlin başı. Ayın başı. Gələn ayın başında burada olaram.
9. Uzunluğu olan bir şeyin son nöqtəsi, ucu, qurtaracağı, kənarı, son hissəsi. □ Xalçanın başı. Şalbanın başı çürümüşdür. Ağacın o biri başından tut.
10. Bir şeyin ön tərəfi, qabaq tərəfi, qarşıda olan kənarı, yaxud əsas hissəsi. □ Gəminin başı. Taxtanın başı hansıdır?
11. Yuxarı tərəf, hörmətli yer. □ Məclisin başı. Başda oturan baş olmaz. (Atalar sözü)
12. Numerativ söz kimi: heyvanları saymaq üçün hesab vahidi. □ Beş baş inək. On baş qoyun. Kolxozun yüz baş qaramalı var.
13. Sifət kimi: vəzifəcə böyük olan; başçı, rəhbər, birinci, böyük. □ Baş mühəndis. Baş mühasib. Baş katib. Baş dirijor.
14. Sifət kimi: başqalarına nisbətən daha mühüm, ən əsas, ən böyük, başlıca; ali, ən yüksək. □ Şəhərin baş küçələri. Ölkənin baş şəhəri. Baş idarələr. Baş məclis. Baş Mətbuat Müdirliyi. Baş komandanlıq.
15. Əla, ən yüksək, ən yaxşı, ən seçmə. □ Baş mal.
16. İki nöqtə arasında məsafə, yol. □ Hər iki başı piyada getdik.
17. Əsas, kök, səbəb, səbəbkar. □ Bütün işlərin başı odur. Başda oturan baş olmaz. (Atalar sözü)
18. Arxaizm. Keçmişdə kəndlərdə işlənən şərti su ölçüsü vahidi. □ ..Getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi? (Ə.Haqverdiyev)
See also:
1. Bərabər, qalıqsız, üstəliksiz, düz. □ Başabaş çıxdı. Başabaş dəyişmək. Xəncər üstə qaş gəlir; Qoşun başabaş gəlir; Qoşuna qurban olum; İçində qardaş gəlir. (Bayatı)
2. Tamamilə, bütünlüklə, tamam. □ O ağalar haqqını da verməyiblər başabaş. (S.Rüstəm)
See also:
Əziyyət, narahatlıq. □ Başağrısı çəkmək.
See also: