Reklam
Reklam

All dictionaries

basmaq [basmax] feil

1. Üstdən sıxmaq, təzyiq etmək, ağırlıq vermək; sıxışdırmaq, itələmək. Qar basıb, ağacın budağını yatırdı.

2. Tapdalamaq, ayaqlamaq, basdalamaq. İlanın quyruğunu basmasan sancmaz. (Atalar sözü). İt itin ayağını basmaz. (Atalar sözü).

3. Altına alıb şikəst etmək, əzmək, ya öldürmək. Avtomobil adam basdı. Qatar inək basdı. At uşağı basıb.

4. Qalib gəlmək, məğlub etmək, ötmək, birinciliyi qazanmaq, üstün gəlmək. Düşməni basmaq. Qara məni basınca, mən qaranı basım. (Atalar sözü).

5. Soxmaq, tıxamaq, dürtmək, təpmək. Şeyləri çamadana basmaq. Pulu cibinə basmaq.

6. Qoymaq, keçirmək, geymək.Papağını başına basmaq.

7. Batırmaq, içinə salıb islatmaq. Gönü suya basmaq.

8. Bürümək, qaplamaq, əhatə etmək, qabağını tutmaq, görünməz hala salmaq, doldurmaq, yayılmaq. Dağları çən basıbdır. Ətrafı duman basıb, göz gözü görmür. Ölüm-itim olmasaydı dünyanı insan basardır. (Atalar sözü).
9. Bir şeyin çoxluğunu, sıxlığını, geniş sahə tutduğunu, yayıldığını bildirir; örtmək. Bağçanı kol-kos basıbdır. Pambığı alaq basıbdır. Sahili su basmışdır. Saqqal basmaq. Tər basmaq.
10. Məcazi mənada: boğmaq, cəbr etmək, zülm etmək, sıxışdırmaq. Basılanı əzməzlər. (Atalar sözü).
11. Ansızın hücum etmək, üstünü almaq, üzərinə atılmaq. Çar polisləri tətilçilərin evlərini basırdılar.
12. Ağırlıq göstərmək, ağırlıqdan əyilmək. Tərəzinin bir gözü basır, düzəldin.
13. Vurmaq, qoymaq.Möhür basmaq. Damğa basmaq. Naxış basmaq.
14. Örtmək, qapamaq.Qapını basmaq. Pəncərəni bas, toz gəlməsin.
15. Özünü tərifləmək, öymək, goplamaq (çox vaxt tərkiblərdə işlənir). Görün yenə nə özündən basır. Basıb bağlamaq.
16. Mayalandırmaq (heyvanlar haqqında).
17. Tutmaq; aramsız, dalbadal atmaq, üzərinə yağdırmaq.Daşa basmaq. Gülləyə basmaq.
18. İtələmək, kənara çəkmək. Arabanı irəli bas. Stolu bir az dala bas. Kitabları yana bas ki, yer açılsın.
19. Yırtmaq, dağıtmaq, parçalamaq, öldürmək. Arxalı köpək qurd basar. (Atalar sözü).
20. Örtmək, keçmək, addamaq, aşmaq. Beş yaşına basmaq.
21. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir. Yuxu basmaq. Vahimə basmaq. Ayaq basmaq. Dildə basıb bağlayır, işə gələndə qorxusundan ağlayır. (Atalar sözü).

See also:

frazeologizm: ağzına daş basmaq frazeologizm: ayağımı da qoymaram (basmaram) frazeologizm: ayağını tapdalamaq (basmaq) frazeologizm: ayaq basmağa yer olmamaq frazeologizm: ayaq basmaq frazeologizm: ayaq basmamaq frazeologizm: bağrına basmaq frazeologizm: bas bayıra frazeologizm: basdığını kəsməmək frazeologizm: başından basmaq frazeologizm: belinə palan basmaq frazeologizm: bədbəxtlik basmaq frazeologizm: canına cəfa basmaq frazeologizm: çörəyə əl basmaq frazeologizm: çörəyi ayaqlamaq (tapdalamaq, basmaq) frazeologizm: dağ çəkmək (basmaq) frazeologizm: dama basmaq frazeologizm: danışanın ağzına daş basmaq frazeologizm: dilə basmaq frazeologizm: dilə-feilə basmaq frazeologizm: duz-çörəyi basmaq frazeologizm: ət basmaq frazeologizm: ətalət basmaq frazeologizm: gopa basmaq frazeologizm: göz basmaq frazeologizm: hay basmaq (salmaq, vurmaq) frazeologizm: hirsini basmaq frazeologizm: hövsələsini basmaq frazeologizm: ilanın quyruğunu basmaq frazeologizm: iy basmaq frazeologizm: kandarına ayaq basmamaq frazeologizm: körük basmaq frazeologizm: külfət basmaq frazeologizm: küyə basmaq (salmaq) frazeologizm: qara basmaq frazeologizm: qara məni basınca mən qaranı basım frazeologizm: qədəm basmaq frazeologizm: Qurana əl basmaq frazeologizm: quyruğunu basmaq (tapdalamaq) frazeologizm: səbrini basmaq (cilovlamaq) frazeologizm: səsi aləmi basmaq frazeologizm: sinəsinə dağ çəkmək (basmaq) frazeologizm: şələ lələni basıb frazeologizm: tənbəllik basmaq frazeologizm: tər basmaq frazeologizm: ürəyinə dağ çəkmək (basmaq) frazeologizm: üstünü ot basmaq frazeologizm: vahimə basmaq (götürmək) frazeologizm: yarasına duz basmaq frazeologizm: yuxu basmaq frazeologizm: zəhmi basmaq Azərbaycan dilinin izahlı lüğəti