1. Meyvə, məhsul. □ Ağac bar verdikcə başını aşağı dikər. (Atalar sözü). Bar verən ağacı kəsməzlər. (Atalar sözü).
2. Məcazi mənada: səmərə, xeyir, mənfəət, fayda. □ ..İndi bu dostluq cəbhə şəraitində də bar verməli idi. (Ə.Əbülhəsən)
Bax: bari (2-ci mənaya).
1. Dialekt. Kif, boyat çörək və xörəklərdə əmələ gələn ağ rəngli göbələkciklər.
2. Dialekt. Ərp, pas, kir (xəstənin dil-dodağında).
Ayaq üstə duraraq yemək yeyilən, ya içki içilən kiçik yeməkxana, qəlyanaltıxana. □ Pivə barı.
Qazıma maşının və mədən kombaynının işlək hissəsi.
1. Fizika. Səs təzyiqi vahidi.
2. Fizika. Atmosfer təzyiqi vahidi.
Arxaizm. Ocaq, od.
Prob, əyar (qiymətli metallarda).
Arxaizm. Peyin, təzək.
Arxaizm. Yüksək mənsəb sahibləri üçün düzəldilən rəsmi qəbul.
Servantın müxtəlif içki şüşələri üçün ayrılmış xüsusi bölməsi.
See also:
1. Taxtadan tikilən müvəqqəti, yüngül yaşayış binası. □ Smirnov, qəsəbənin ən böyük fəhlə baraklarından birində ayaq üstündə durub, dostlarına Bakı komitəsinin müraciətini oxuyurdu. (M.Hüseyn)
2. Yoluxucu xəstələrə məxsus ayrıca xəstəxana binası.