1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. □ Şan balı. Bal tutan barmaq yalar. (Atalar sözü). Bal verən çiçəyi arı tanıyar. (Atalar sözü)
2. Məcazi mənada: çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. □ Armud deyil, baldır. Bal kimi şirindir.
Arxaizm. Qanad (çox vaxt "balü pər", yaxud "pərü bal" şəklində işlənir – qol-qanad). □ Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. (S.Ə.Şirvani)
Böyük rəqs gecəsi. □ Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. (A.Puşkin)
Arxaizm. Ürək, qəlb, könül.
1. Arxaizm. Fikir, düşüncə.
2. Arxaizm. Yaddaş, hafizə.
3. Arxaizm. Xatirə.
Arxaizm. Böyük ağır çəkili su məməlisi; balina.
1. Coğrafiya. Çeşidli təbiət hadisələrinin (küləyin, zəlzələnin və s.) gücünün ölçü vahidi.
2. Təhsil müəssisələrində bilik, əxlaq, çalışma dərəcəsini bildirən qiymət və ya qəbul zamanı alınan qiymətlərin məcmusunu göstərən rəqəm.
See also:
1. Övlad, uşaq, oğul. □ Ana və bala. Balalara hədiyyə. Bala baldan şirindir. (Atalar sözü). Hər kəsin balası öz gözündə göyçəkdir. (Atalar sözü)
2. Məcazi mənada: övlad, oğul. □ Qafqaz balası, bu körpü cəbhənin mühüm keçidlərindəndir. (Mir Cəlal)
3. Kiçik, körpə heyvan, quş. □ Pişik balası. Tülkü balası. Qarğa balası. Qurd balası qurd olar, eşşək balası – qoduq. (Atalar sözü). Bala quşun ağzı böyük olar. (Atalar sözü)
4. Xitab yerində (çox vaxt “a balam”, “ay balam”, “balam” şəklində də işlənir). □ Ay balam, eybini qan; Bir həya eylə, utan! (M.Ə.Sabir)
5. Sifət kimi: kiçik, balaca, xırda, körpə. □ Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. (S.Rəhimov)
See also:
1. Həcmcə, boyca, ölçücə kiçik, xırda. □ Balaca otaq. Balaca qutu. Balacanın dərdi də balacadır. (Atalar sözü).
2. Sayca, miqdarca az, azacıq, cüzi. □ Balaca dəstə. Balaca bir məbləğ ayırmaq.
3. Azyaşlı, xırdaca, kiçik. □ Balaca qız hələ məktəbə getmir.
4. İsim kimi: uşaq. □ Balacanın neçə yaşı var? Ağıllı balaca yekə cahildən yaxşıdır. (Atalar sözü).
5. İsim kimi: balaca uşağa müraciət. □ Balaca, bir bəri bax!
6. Əhəmiyyətsiz, cüzi, yüngülvarı; bir qədər, bir az. □ Balaca dəyişiklik. Balaca rol. Balaca narazılıq. Mənə balaca soyuq dəyibdir. Aramızda balaca mübahisə oldu. Balaca bir iş üstə küsüşdülər.
7. Zərf kimi: cüzi, yüngülvarı; bir qədər, bir az. □ Balaca tərləmək. Balaca yeyib, içdik. Balaca gözlə.
8. Say kimi: bəzən "bir" sözü ilə – azacıq, bir az, bir qədər. □ Bir balaca gözlə. Sənə bir balaca sözüm var. Sizə bir balaca işim düşüb.
See also: