Reklam
Reklam

All dictionaries

bonus [bonus] isim lat. bonus – xeyirxah

1. Əlavə ödəniş, mükafat. □ Bonus almaq.

2. Satıcının etdiyi əlavə güzəşt, endirim. □ Əlavə bonus.

Azərbaycan dilinin izahlı lüğəti

boss [boss] isim ing. boss – rəhbər, başçı

Müəssisə, təsisat, idarə, şöbə rəhbəri, sahibkar. □ Şirkətin bossu.

Azərbaycan dilinin izahlı lüğəti

boulinq [boulink'] isim ing. to bowl – hərəkət etdirmək

İdman. Oyun xəttinin başlanğıcında dayanaraq xəttin sonundakı hədəf kuklaları boulinq topları ilə aşırtma məqsədi daşıyan əyləncəli idman növü. □ Boulinq oynamaq.

Azərbaycan dilinin izahlı lüğəti

boykot [bayk'ot] isim ing. Boycott – 1880-ci ildə irland icarəçilərinin ingilis hakimiyyət nümayəndəsi Çarlz Kanningem Boykota qarşı apardığı ümumi mübarizədən sonra işlənməyə başlamışdır

1. Etiraz əlaməti olaraq müəyyən şəxslə, təşkilatla, dövlət qurumu ilə münasibətlərin kəsilməsindən ibarət olan siyasi və iqtisadi mübarizə üsulu. □ Boykot hərəkatı.

2. Seçicilərin seçkilərdə (bələdiyyə, parlament, prezident və s.) iştirakdan kütləvi imtinası. □ Boykot etmək.

3. Beynəlxalq hüquqda bir dövlətin başqa dövlətlə və ya bir qrup dövlətlə ticarət, maliyyə əlaqələri saxlamaqdan imtina etməsi. □ İrana qarşı boykot.

Azərbaycan dilinin izahlı lüğəti

boyskaut [boysk'aut] isim ing. Boy-scout < boy – oğlan + scout – kəşfiyyatçı

Hərbi qaydalara əsaslanan yeniyetmə təşkilatının üzvü. □ Boyskaut qrupu.

Azərbaycan dilinin izahlı lüğəti

breyk [breyk'] isim ing. break – fasilə, pauza

1. İdman. Boksda hakimin rinqdəki iştirakçılara mübarizəni müvəqqəti dayandırmaq və bir addım geri çəkilmək barədə verdiyi komanda. □ Hakimin ikinci breyki.

2. İqtisadiyyat. Bazarda qiymətin kəskin düşməsi. □ Gözlənilməz breyk.

Azərbaycan dilinin izahlı lüğəti

breyk-dans [breyk'-dans] isim ing. break – klaviş + dance – rəqs

XX əsrin 60-70-ci illərində ABŞ-da yaranmış, idman-akrobatika elementləri ilə müşayiət olunan küçə rəqsi.

Azərbaycan dilinin izahlı lüğəti

breyn-rinq [breyn-rink'] isim ing. brain – beyin, dərrakə + ring – meydan, rinq

Aparıcının suallarına tez və düzgün cavab verən, geniş biliyə malik oyunçuların iştirak etdiyi intellektual yarışma; televiziya oyunu. □ Breyn-rinq iştirakçısı.

Azərbaycan dilinin izahlı lüğəti

breynstorminq [breynstormink'] isim ing. brain – beyin, dərrakə + storm – fırtına, qasırğa

İnteraktiv dərslərdə tətbiq olunan metod; beyin həmləsi, əqli hücum. □ Breynstorminqin nəticələri.

Azərbaycan dilinin izahlı lüğəti

brifinq [brifink'] isim ing. briefing (brief) – qısa

Rəsmi şəxslərin konkret bir mövzu üzrə media nümayəndələri ilə qısasürən görüşü. □ Brifinq zamanı hökumətin və ya müvafiq təşkilatın hansısa aktual və konkret məsələ ilə bağlı mövqeyi şərh edilir.

Azərbaycan dilinin izahlı lüğəti

broker [broker] isim ing. broker – dəllal

Fond və əmtəə birjalarında alıcılarla satıcılar arasında saziş bağlayan vasitəçi. □ Broker xidməti.

Azərbaycan dilinin izahlı lüğəti

broşür [braşür] isim fr. brochure < brocher tikmək

Yumşaq cildli, kiçikhəcmli (adətən, 48 səhifəyə qədər), tel tikişlə cildlənən kitabça. □ Broşür nəşr etmək.

Azərbaycan dilinin izahlı lüğəti

bufer [bufer] isim ing. buffer, buff – təkanı zəiflətmək

1. Dəmiryol vaqonlarında, avtomobillərdə və s.-də toqquşma zamanı zərbənin, təkanın gücünü azaltmaq üçün yaylı qurğu. □ Qabaq bufer.

2. Hüquq. Münaqişə aparan tərəflər arasında neytral sayılan ərazi, xüsusi təhlükəsizlik zonası. □ Bufer zona.

See also:

coğrafiya: bufer zonası Azərbaycan dilinin izahlı lüğəti

buffonada [buffanada] isim ital. buffonata – təlxəklik, oyunbazlıq

1. Zarafat və komik vəziyyətlər üzərində qurulmuş film-tamaşa. □ Buffonada serialı.

2. Hoqqabazlıq, oyunbazlıq, təlxəklik. □ Darıxdırıcı buffonada.

Azərbaycan dilinin izahlı lüğəti

bukinist [bukinist] isim fr. bouquiniste – köhnə kitab

Köhnə və nadir kitablar satılan mağaza. □ Bukinist mağazası.

Azərbaycan dilinin izahlı lüğəti