1. İçi dolu və ağzı bağlı kisə; çuval və s, düyünçə, bağlanmış şey, boğça. □ ..qazıdığı quyudan bir böyük bağlama çıxartdı. (Ə.Məmmədxanlı).
2. Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey. □ Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. (S.M.Qənizadə).
3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. □ Ana tələbə oğluna bağlama gəndərdi.
4. Bax: bağlamaq.
Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.
Qapı-pəncərə laylarını bərkidib saxlamaq üçün taxta parçası.
Azərbaycan dilinin izahlı lüğəti1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. □ Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq. Atı atın yanında bağlasan, həmrəng olmasa, həmxasiyyət olar. (Atalar sözü).
2. İp və s. ilə bir şeyi başqasına və ya bir neçə şeyi bir yerə rəbt etmək, tərtib etmək, düzəltmək, boğça etmək, boğça halına gətirmək. □ Gül dəstəsi bağlamaq. Paltarlarını bağlamaq. Şeylərini bağlamaq.
3. Sarımaq, sarğı keçirmək, sarğı ilə sarımaq. □ Yaranı bağlamaq. Ağrımayan başa dəsmal bağlamazlar. (Atalar sözü).
4. Taxmaq, asmaq, qurşanmaq. □ Belinə qurşaq bağlamaq. Xəncər bağlamaq. Tapança bağlamaq. Abrını yeyib, həyasını da belinə bağlayıb. (Atalar sözü).
5. Qapamaq, qıfıllamaq, kilidləmək. □ Qapıları bağlamaq. Dükanları bağlamaq.
6. Düymələmək, ilməkləmək, keçirmək. □ Paltonun yaxasını bağlamaq. Dəli bağlayanı ağıllı aça bilməz. (Atalar sözü).
7. Yapışdırmaq. □ Paketin ağzını bağlamaq.
8. Kəsmək, qabağını almaq, mane olmaq. □ Yolu bağlamaq. Suyu bağlamaq. Qazı bağlamaq. Allah bir yandan bağlayanda, bir yandan açar. (Atalar sözü).
9. Məcazi mənada: məğlub etmək, üstün gəlmək, deyişmədə. □ Zərnişan onunla deyişmişdi. “Sinədən” dediyi sözlərlə aşığı bağlamışdı. (M.Arif).
10. Qurmaq, düzəltmək, qayırmaq, quraşdırmaq, tikmək. □ Kərdi bağlamaq. Qundaq bağlamaq. Körpü bağlamaq.
11. İsnad vermək, üzərinə atmaq, əlaqədar etmək. □ İşin axırını gətirib ona bağladılar.
12. Məcazi mənada: birləşdirmək, yaxınlaşdırmaq, əlaqələndirmək, rəbt etmək. □ Onları tale bir-birinə bağladı. (Ə.Əbülhəsən).
13. Məcazi mənada: rəbt etmək, quraşdırmaq, bir araya gətirmək. □ Cümlələri bir-birinə bağlamaq. Bu adam iki sözü bir-birinə bağlaya bilmir.
14. Bənd etmək, aşıq etmək. □ Necə ki, haman adam da sənin damarını tapdı, ruhunu oxşadı və özünə bağladı. (M.S.Ordubadi).
15. Yazmaq, tərtib etmək, qoşmaq, düzəltmək. □ Kitab bağlamaq. Akt bağlamaq. Dastan bağlamaq.
16. Məcazi mənada: ləğv etmək, təsviyə etmək, yığışdırmaq, aradan qaldırmaq, rəsmən qadağan etmək.
17. Bir şeyin gedişini dayandırmaq, nəhayət vermək. □ İclası bağlamaq. Konfransı bağlamaq. Sərgini bağlamaq.
18. Üz tutmaq, örtülmək. □ Qaymaq bağlamaq. Qabar bağlamaq. Piy bağlamaq. His bağlamaq. Qartmaq bağlamaq. Kif bağlamaq.
19. Hasil etmək, zahir etmək, əmələ gətirmək. □ Toxum bağlamaq. Rişə bağlamaq. Qabıq bağlamaq. Daş bağlamaq.
20. Təşkil etmək, düzəltmək. □ Sıra bağlamaq. Səf bağlamaq.
21. Bir məsələ və ya təəhhüd haqqında birisi ilə rəsmi olaraq müəyyən qaydada razılaşmaq, şərtləşmək; qəbul etmək, imzalamaq. □ Sülh bağlamaq. Müqavilə bağlamaq. Şərt bağlamaq.
22. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir. □ Könül bağlamaq. Ümid bağlamaq. Nə yada sirrini ver, nə namərdə bel bağla. (Atalar sözü).
See also:
1. "Bağlamaq" feilinin məchul növü. □ İki at bir ağaca bağlanmaz. (Atalar sözü)
2. Bitmək, bitmiş olduğu elan edilmək. □ İclas bağlandı.
3. Qapanmaq, qıfıllanmaq, kilidlənmək. □ Qapı bağlandı. Evdə bağlanıb bayıra çıxmamaq.
4. Məcazi mənada: vurulmaq, aşiq olmaq, məftun olmaq, bənd olmaq. □ Nəriman qəlbi ilə nişanlısına nə qədər bərk bağlandığını düşündü. (Mir Cəlal)
See also:
1. Müqavilənamə, şərtnamə. □ Bildiyimiz kimi, bir neçə MTS üçün zavod bağlaşma ilə kənd təsərrüfat alətləri təmir etmişdi. (Ə.Əbülhəsən).
2. Qabaqcadan bağlanan müqavilələrə əsasən kənd təsərrüfatı məhsulatı tədarük etmə üsulu. □ Kolxozlar bağlaşma planını yerinə yetirdilər.
3. Qabaqcadan bağlanan müqavilə üzrə dövlət işinin hər hansı bir sahəsindən ötrü fəhlə və işçi toplama üsulu.
4. Mərcləşmə, mərc gəlmə, mərc.
5. Bax: bağlaşmaq.
1. Qrammatikada: cümlələri və ya cümlə üzvlərini bir-birinə bağlamaq üçün işlənilən köməkçi nitq hissəsi; məsələn, və, ki, çünki, belə və s. □ Bağlayıcılar sintaktik vəzifəsinə görə iki qrupa bölünür: tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları.
2. İki şeyi bir-birinə birləşdirən, bağlayan, əlaqələndirən vasitə və s.
See also:
1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. □ Bağlı aslana dovşanlar da hücum edər. (Atalar sözü).
2. Sarınmış, sarğılı. □ Bağlı göz. Bağlı baş. Bağlı qıç.
3. Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. □ Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf. Bağlı qapıya xata dəyməz. (Atalar sözü).
4. Bağı, qaytanı olan; qaytanlı. □ Bağlı tuman. Bağlı çəkmə.
5. İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. □ Bağlı yol. Bağlı qapı.
6. Bitmiş, qurtarmış. □ Sədr iclası bağlı elan etdi.
7. Məcazi mənada: kənar adamların girməsinə, isifadəsinə, bilməsinə icazə verilməyən; qapalı, gizli. □ Bağlı iclas. Bağlı məktəb.
8. Məcazi mənada: asılı, əlaqədar, əlaqəli. □ Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır.
9. Bənd olmuş, vurulmuş; məftun. □ Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? (M.F.Axundzadə).
10. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça. □ Qadın əlində böyük bir bağlı aparırdı. (M.S.Ordubadi).
See also: