1. Açıq yer, düzəngah, açıq sahə, meydan; tikintisiz yer, boş yer. □ Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir.
2. İki şey arasındakı boşluq, aralıq, məsafə. □ Səbətləri açıqlığa qoy ki, gələn-gedən yaxşı görsün.
3. Aydınlıq, təmizlik, buludsuzluq. □ Səmanın açıqlığı. Göy üzünün açıqlığı insanda xoş əhvali-ruhiyyə yaradır.
4. Açıq, örtüsüz, qapalı olmayan bir şeyin halı.
5. Məcazi mənada: səmimilik, ürəyiaçıqlıq, qəlbini gizlətməmə. □ O, mənimlə tam açıqlığı ilə danışıb ürəyini boşaltdı.
See also:
1. Bir-birinə yaxın olmaq, məhrəmləşmək, bir-birinə isnişmək, yaxınlaşmaq. □ O, doğma atasını hələ təzə tanıyırdı, ona görə də hələ də açılışmamışdılar.
2. Daha utanmamaq, sıxılmamaq, özünü sərbəst hiss etmək; tədricən mühitə, ətrafdakılara, şəraitə alışmaq. □ Əvvəl o ev mənə çox yad gəlirdi, amma artıq yavaş-yavaş açılışmışam.
3. Həyasızlaşmaq, daha çəkinməmək, sırtıqlaşmaq, əl-qol açmaq. □ Üz verdikcə lap astar istəyir, yaman açılışıbdır.
4. İnkişaf etmək, kamilləşmək, zehni açılmaq, irəliləmək. □ Kitab oxumağa başlayandan sonra xeyri açılışıbdır.
Azərbaycan dilinin izahlı lüğətiBax: açılmaq.
See also: