1. Acı şeyin halı, acı dadma. □ Ağzında acılıq hiss etmək.
2. Məcazi mənada: uğursuzluq, fəlakət, məşəqqət və s. nəticəsində doğan acı hiss. □ Məğlubiyyətin acılığını duymaq.
3. Məcazi mənada: kəskinlik, kinayəlilik. □ Onun sözlərindəki acılığı duymaq çətin deyildi.
4. Məcazi mənada: kəskinlik, sərtlik. □ Zəmi yerini bürüyən havanın acılığı Alo kişinin zəhləsini tökürdü. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Acı olmaq, acı dad vermək, acılaşmaq, tündləşmək.
2. Turşumaq, qıcqırmaq, yetişmək. □ Xəmir acımışdır.
1. Yazığı gəlmək, ürəyi yanmaq, rəhmi gəlmək; mərhəmətə gəlmək. □ O, qocanın halına acıyıb, əlindən gələn köməyi etdi.
2. Təəssüf etmək, heyifsilənmək. □ Bu işə sərf etdiyim vaxta acıyıram.
Azərbaycan dilinin izahlı lüğəti