Tənbəllik etmək. □ Durmağa ərinmək. Hətta danışmağa ərinir. Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə. (Atalar sözü).
Ərinməyən, tənbəllik etməyən. □ Ərinməz adam.
Utanmadan, həyasızcasına, sırtıq-sırtıq. □ O məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar. (M.Hüseyn).
1. Əridilərək saflaşdırılmış; ərgin. □ Ərinmiş yağ. 2. Əridilmiş. □ Ərinmiş qurğuşun.
Elektrotexnika. İki və ya bir neçə metal (yaxud başqa cisimlər) əridildiyi zaman onların qarışması nəticəsində alınan xəlitə. □ Yüngül ərintilər. Qızıl ilə mis ərintisi.
Toxuculuq. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. □ Xananın ərişi.
1. Toxuculuq. Əriş və arğac, ərişlə arğac birlikdə.
2. Məcazi mənada: qarış-qarış, eninə-uzununa. Səttar Bəhlulzadə vətən torpağını əriş-arğac gəzmişdi.
Bax: ərişləmək.
Toxuculuq. Xananın əsas iplərini çəkmək.
Toxuculuq. Ərişə yarayan, əriş üçün olan. □ Ərişlik ip.
Sataşmaq. □ Gahdan qalxır, uşaqlara ərişir; Abırından, saqqalından utanmır. (Aşıq Hüseyn).
1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. □ Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Atalar sözü). 2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. □ Əriştə şorbası.
See also:
Arxaizm. Əriştə bişirib satan adam.
Əriştə xəmirləri qovrulduqdan sonra, düyü ilə qarışdırılıb bişirilən xörək.
Tərkibində əriştə olan, əriştə qarışığı olan. □ Əriştəli plov.