Bax: əmmək.
1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sakit. □ Əmin yol. Əmin yer. 2. Tamamilə xatircəm, arxayın, qane. □ Əmin olmaq. Əmin etmək. Bu işin baş tutacağına biz əminik. 3. İnanılacaq, inanıla bilən, düz, etibarlı. □ Əmin adam.
Sakitlik, asayiş, bir yerdə qayda və nizamın hökm sürdüyü hal. □ Əmin-amanlıq yaratmaq.
1. Sakit, rahat, arxayın. 2. Zərf kimi: sakitcə, rahatca, arxayınca. □ Bir dəqiqə çəkmədi ki, qara əjdaha ləhləyə-ləhləyə çaparaq, yüyürərək platforma qabağında əmin-arxayın dayandı. (S.M.Qənizadə).
Əminin oğlunun və ya qızının oğlu (qızı).
Bax: əminləşmək.
1. Qorxusuz (təhlükəsiz) hala gəlmək, asayiş düşmək, əminmanlıq düşmək. □ Səngər dalına girib əminləşmək. 2. Arxayınlaşmaq, xatircəmləşmək, rahat olmaq. □ Oğlundan məktub alandan sonra əminləşdi.
1. Sakitlik, əmin-amanlıq, qorxusuzluq. 2. Xatircəmlik, arxayınlıq.
1. Əminin oğlu. □ Qızlar şərti pozan əmioğlunu danladılarsa da, yenə gülüşməyə məcbur oldular. (M.Hüseyn). 2. Özündən yaşlı əmisi oğluna, yaxud başqa bir adama müraciət sözü. □ Əmioğlu, bir bura zəhmət çək.
1. Bir tayfanın və ya ölkənin başçısı. □ Qəbilənin əmiri. 2. Tarix. Bəzi Şərq hökumətlərinin başçılarına və yüksək vəzifəli şəxslərə rəsmi olaraq verilən ad. □ Qabaq cərgələrdə əmirlər, vəzirlər və kübar ailələr yerləşmişdi. (M.S.Ordubadi).
Bax: miraxur.
1. Əmirə mənsub, məxsus olan. 2. Məcazi mənada: ən yaxşı, ən əla mənasında. □ Əmiri xörək. Əmiri paltar.
1. Əmir vəzifəsi. 2. Əmirin idarəsi altında olan yerlər, ölkə.
Tarix. Əmirlər əmiri (xəlifələr dövründə yüksək rütbə adı).
Əmirlər. □ Vəzir, vəkil, əmirməra nə qədər çox dedi, Şah Abbas az eşitdi. (Nağıl).