Klassik ədəbiyyatda müəyyən bir əməl (qayə, məqsəd) uğrunda çarpışan, konkret bir məqsədə xidmət edən mənasında işlənmişdir. □ Mirzə Fətəli bir ədib və bir naşir olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. (C.Cabbarlı).
Azərbaycan dilinin izahlı lüğəti1. Sözünə, vədinə əməl etməyən, yaxud bir şeyə inandığı halda, onu yerinə yetirməyən, ona əməl etməyən. □ Əməlsiz nəsihətçi. Əməlsiz adam.
2. Əməli əhəmiyyəti olmayan, həyata keçməyən. □ Əməlsiz sözdə fayda olmaz. (Atalar sözü).
3. Dini ehkama sözdə inanıb, işdə onları yerinə yetirməyən, onlara əməl etməyən. □ Əməlsiz müsəlman.
1. Anasını əmməmək, yaxud əmə bilməmək nəticəsində arıq olan; zəif, cılız. □ Əməzək quzu. Əməzək adam kimi tərpənir.
2. Məcazi mənada: key, maymaq, qorxaq, bacarıqsız. □ Ay əməzək, Allah səni döysün!Niyə qoyurdun qaçsın, indi nə tövr eləyək? (Ə.Haqverdiyev).
1. Atanın qardaşı. □ ..Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaqhesabı göstərdilər. (C.Məmmədquluzadə).
2. Yaşlı, yaxın adama müraciət kimi işlədilən söz. □ Əmi, saat neçədir?
3. Hörmət üçün özündən yaşlı kişinin adına qoşulur. □ İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə... (C.Məmmədquluzadə).