1. Çalışmaq, çalışıb-çabalamaq, bir şeylə məşğul olmaq. □ Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı. Nə qədər əlləşdimsə, bir şey çıxmadı.
2. Çəkişmək, mübarizə etmək, deyişmək. □ Sən onunla əlləşmə.
See also:
Qırx doqquzdan sonra gələn rəqəm – 50. □ Əldən qalan, əlli il qalar. (Atalar sözü).
1. Əli olan. □ Kobud əlli qadın.
2. Məcazi mənada: qolu güclü, qüvvətli. □ ..yad bir əl toxunmaması üçün möhkəm əlli bir mühafiz lazımdı. (S.Rəhimov).
3. Məcazi mənada: cəld, əliiti, bacarıqlı. □ Əlli qadın.
See also:
1. Əllimanatlıq kağız pul. □ Əlliliyi xırdalamaq. Bir əllilik verdim, üç manat qaytardı. İki əllilik yüz manat edər.
2. Sifət kimi: əlli manata dəyən, qiyməti əlli manat olan. □ Əllilik ayaqqabı.
3. Sifət kimi: çəkisi, həcmi, ölçüsü və s. əlli vahiddən ibarət olan. □ Əllilik çən. Əllilik kisə.