1. Vəhşi heyvanı əhli etmək, ələ öyrətmək. □ Bu gün bizə xidmət edən bütün heyvanları insanlar əhliləşdirmişlər.
2. Məcazi mənada: adamlara alışdırmaq, onlarla ünsiyyət və ülfətə öyrəşdirmək. □ O vəhşini bir qədər əhliləşdirmək lazımdır.
Tarix. XI-XIII əsrlərdə Qərbi Avropa feodallarının, katolik kilsəsinin təşəbbüsü və təhriki ilə müqəddəs torpağı, yəni Fələstini müsəlmanların əlindən qurtarmaq bəhanəsi ilə Yaxın Şərq ölkələrinə etdikləri hərbi yürüşlərində iştirak edənlərə verilən ad (döşlərinə xaç (səlib) şəklində nişan vurduqları üçün tarixdə onlara belə ad verilmişdir). □ Əhli-səlib müharibələri.
Azərbaycan dilinin izahlı lüğəti