Geologiya. Tərkibində əhəng olan çöküntü süxur – inşaat materialı. □ Əhəngdaşını yandırıb əhəng alırlar. Əhəngdaşından tikilmiş ev.
Bax: əhəngləmək.
1. Suda həll edilmiş əhənglə ağartmaq. □ Evlərin divarlarını əhəngləmək. 2. Üstünə əhəng tökmək, əhəng qatmaq.
Bax: əhənglənmək.
1. Əhənglə ağardılmaq. □ Ağacların gövdəsi əhənglənmişdir. 2. Üstünə əhəng tökülmək, əhəng qatılmaq.
Bax: əhəngləşmək.
Əhəngə çevrilmək, əhəngdaşına dönmək. □ Əhəng palçığı quruyandan sonra yavaş-yavaş əhəngləşir.
Bax: əhənglətdirmək.
Əhəngləmə işi gördürmək, əhənglə ağartdırmaq. □ Qonşumuz otağını əhənglətdirmişdir.
Bax: əhənglətmək.
Əhəngləmə işi gördürmək, əhənglə ağartdırmaq. □ Rəngsaza həyətin divarlarını əhənglət.
1. İçərisində, tərkibində əhəng olan, əhənglə qatışıq. □ Əhəngli kükürd. Əhəngli sular. Əhəngli gübrələr. 2. Əhənglə ağardılmış. □ Əhəngli divarda taxtabiti az olar. 3. Əhəngə bulaşmış. □ Əhəngli üst-baş.
Əhəngli su.
Əhəng satmaqla məşğul olan adam; əhəngçi. □ Həftədə bir dəfə binamızın həyətinə əhəgsatan gəlir.
Elektrotexnika. Qumun və s.-nin üstünə əhəng səpmək üçün inşaat işlərində işlədilən maşın və s. qurğu.