İlahiyyat. İncilin və Bibliyanın xristianlığa aid olan digər kitablarının adı.
İlahiyyat. Tövrat və təfərrüatı (Bibliyanın xristianlıqdan qabaqkı ən qədim hissənin adı). □ Rəfayel tablosutək səhnələri Əhdi-ətiqdən; Doymasan köhnə rəfiqdən. (M.Şəhriyar).
Bax: əhdləşmək.
Bir-birinə söz vermək, sözləşmək, əhd-peyman etmək, bir-biri haqqında təəhhüd altına girmək.
Razılaşma kağızı, müqavilənamə, bağlaşma; təəhhüdnamə. □ Dövlətimizin əcnəbilərlə bağladığı təhqiramiz əhdnamə buna imkan vermirdi. (M.S.Ordubadi).
Bir-birinə təntənəli surətdə söz vermə, əhdləşmə. □ İki həsrətli əhd-peyman edib ayrıldılar. (“Aşıq Qərib”).
See also:
Bax: ey.
1. Əhədini kəsmək (üzmək) – tamam əldən salmaq, üzmək, şiddətli təsir etmək. □ Qızdırma əhədimi kəsdi. Soyuq əhədimi üzdü. 2. Əhədini kəsmək (üzmək) – öldürmək. □ Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim. (Ü.Hacıbəyli).
1. Mühümlük, qiymətlilik, dəyərlilik; rol, dəyər. □ Əsərin əhəmiyyəti. Tədbirin əhəmiyyəti. Müzakirənin əhəmiyyəti. 2. Məna vermək, fikir vermək. □ Onun dediklərinə çox əhəmiyyət vermə.
Əhəmiyyəti olan; mühüm, vacib. □ Əhəmiyyətli məsələlərdən biri. Əhəmiyyətli iş. Əhəmiyyətli hadisə. Əhəmiyyətli qərarlar.
Mühümlük, əhəmiyyətli olma, vaciblik. □ İşin əhəmiyyətliliyi. Mövzunun əhəmiyyətlilik dərəcəsi.
Əhəmiyyəti olmayan, heç bir qiyməti olmayan, nəzərə çarpmayacaq dərəcədə kiçik, cüzi, dəyərsiz, ciddi olmayan, diqqətəlayiq olmayan. □ Əhəmiyyətsiz məsələ. Əhəmiyyətsiz iş. Əhəmiyyətsiz yara. Əhəmiyyətsiz şey üstündə mübahisə.
Qiymətsizlik, qeyri-mühümlük, cüzilik, qeyri-ciddilik, diqqətəlayiq olmama. □ Məsələnin əhəmiyyətsizliyi. Hadisənin əhəmiyyətsizliyi.
Əhəngdaşını yandırmaqla əldə edilən ağrəngli, kəsək halında material. □ Əhəng məhlulu. Ağacın gövdəsinə əhəg çəkmək.
Əhəngyandıran, əhəngsatan adam.