Hüquq. Ali hökumət orqanının fərmanı ilə məhkumların məhkəmə cəzasından qismən, ya da tamamilə azad edilməsi; amnistiya. □ Suriya prezidenti “əfvi-ümumi” imzalayıb.
Arxaizm. Tiryək. □ Gah sünni deyər ki, şiədir bu; Əfyunə uyub şərabi olmuş. (A.Səhhət).
Arxaizm. Tiryəkçi, tiryəkçəkən.
1. Arxaizm. Tiryəkli, içərisində tiryək olan. 2. Arxaizm. Məcazi mənada: zəhərli, acı. □ Onlar nə verirlər sana? Əfyunlu hədiyyə! (H.Cavid).
Arxaizm. Artıran. □ Gərçi qış fəsli idi, leyk həva; Rövşənü saf idi fərəh əfza.. (M.Ə.Sabir).
Klassik ədəbiyyatda daha artıq, daha qiymətli, daha üstün tutulan mənalarında işlənmişdir. □ ...bir qarından ötrü ərə getməkdənsə, dul yaşamağı əfzəl bilirdi. (N.Nərimanov).
Klassik ədəbiyyatda üstünlük, daha qiymətlilik, üstün tutma mənalarında işlənmişdir. □ Bir xəyal edə bilmir ki, bunlar niyə gərək bu əfzəliyyətə səzavar olsunlar? (M.F.Axundzadə).
Klassik ədəbiyyatda çox, daha artıq mənalarında işlənmişdir. □ Sədəf dəhanından çıxan sözlərin; Qiyməti əfzundur dürdanələrdən. (Q.Zakir).
Şərt bildirən cümlənin müxtəlif yerində işlənərək şərti gücləndirir. □ Əgər vaxt tapsan, bizə gələrsən.
Bax: əgər-əskik.
Klassik ədəbiyyatda hərçənd, hər nə qədər olsa da, ..isə də mənalarında işlənmişdir. □ Aylarca əgərçi ayrı düşdük; Qismət bu, yenə bu gün görüşdük. (H.Cavid).
Tamam olmayan, çatışmayan cəhətlər, şeylər, ehtiyac olunan şey. □ Qoy oyun qurtarsın, sonra yığışarıq, danışarıq, hər nə əgər-əskiyi olsa, hamısını düzəldərik. (C.Cabbarlı).
Nöqsan, kəsir, çatışmazlıq, qeyri-mükəmməllik. □ İşdə əgərəskiklik var.
Şərt, şərt qoyma. □ Burada analitik dəqiqlik var, sizin əgər-məgərlər kara gəlmir. (M.Süleymanov).
Arxaizm. Çox, ən çox, əksəriyyət. □ Doğru imiş, şairin olmaz imiş məzhəbi! Kafir olurmuş bütün mirzələrin əğləbi. (M.Ə.Sabir).
Arxaizm. Zəngin adamlar, varlılar, dövlətlilər. □ Bu əğniyalərin üzün görüncə ehtiyacdan; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! (M.Ə.Sabir).