1. Təkər qurşağı; təkərin üstünə taxılan dəmir çənbər. □ Təkərin dəmir şini xırda daşları əzib qıcırdadı. (İ.Şıxlı).
2. Avtomobil təkərinin, içi hava ilə doldurulan rezin çənbəri. □ Şinlər sərbəst gedişini təmin etmək və hərəkət hissələrini tez yeyilmədən qorumaq üçündür. (Ə.Əliyev).
3. Tibb. Bədənin (çox vaxt qolun, qıçın) bintlənmiş yerinin tərpənməməsi üçün sarğının altından qoyulan lövhəcik.
1. Zoologiya. Pişiklər fəsiləsindən qısa, sarımtıl tüklü, iri gövdəli məməli yırtıcı heyvan; aslan. □ Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. (A.Səhhət).
2. Məcazi mənada: çox qoçaq, qorxmaz, qüvvətli adam haqqında. □ Qoçaqdı, şirdi balam; Qiblədi, pirdi balam; Gəl, fələk, qıyma mənə; Yazığam, birdi balam. (Bayatı).
Saxsı qabların üzünə çəkilən şüşəyəoxşar parlaq ərinti.
See also: