Botanika. Xalq təbabətində dərman kimi işlənən çətirçiçək fəsiləsindən xoşiyli bitki.
Qaytanlı kişi botinkası. □ ...bəzən yanı rezinli jığ-jığ şiblet də geyərdi... (H.Sarabski).
Ayağında şiblet olan, şiblet geymiş.
Botanika. Göllərin, hovuzların kənarında, daşların, ağac gövdələrinin üzərində bitən çiçəksiz çoxillik bitki.
Qüvvət, güc, kəskinlik, sərtlik; artıqlıq, güclülük, şiddətlilik. □ Yaz gəldi, bahar oldu, qışın şiddəti getdi; Qar bitdi, külək yatdı, soyuq axıra yetdi. (A.Səhhət).
Bərk, güclü, çox sərt, qüvvətlə, şiddət göstərərək. □ Külək şiddətlə əsirdi.
Bax: şiddətləndirilmək.
Daha da (getdikcə) qüvvətləndirilmək, gücləndirilmək, sərtləndirilmək; gücü, təsiri artırılmaq.
Bax: şiddətləndirmək.
Gücləndirmək, qüvvətləndirmək; şiddətini, gücünü, təsirini daha da artırmaq. □ ...əl-qolunu ölçərək ifadəsini şiddətləndirdi. (Mir Cəlal).
Bax: şiddətlənmək.
Şiddəti, gücü, qüvvəsi, təsiri daha da artmaq, güclənmək; daha da sərtləşmək, qızışmaq. □ Axşamdan yağan yağış səhərə yaxın daha da şiddətləndi.
1. Çox güclü, çox qüvvətli; dəhşətli. □ ...şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. (H.Nəzərli). 2. Çox güclü, çox qüvvətli; dəhşətli (təbiət hadisələri haqqında). □ Bu il şiddətli bir qış gəldi. (Ə.Məmmədxanlı).
İlahiyyat. İslamiyyətdə ayrıca bir cərəyan təşkil edən məzhəb.
İlahiyyat. Şiə məzhəbinə mənsubiyyət.