1. Meyvə şirələrinə və ya adi suya qənd qatmaqla hazırlanan şirin içki; sirop. □ Surahılar şərbət və şərablarla doldurulub, ... xuruşlar boşqablara düzülmüşdü. (M.Rzaquluzadə).
2. Məcazi mənada: müqayisələrdə şərbət kimi şirin şey. □ Nə şərbətdir qəmin kim, içdikimcə əskilir səbrim; Nə sehr eylər rüxün kim, baxdığımızca rəğbətim artar. (M.Füzuli).
See also:
1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət; namus, mənəvi saflıq, təmizlik, bəkarət; yaxşı ad, etibar. □ Şərəfini qorumaq. Şərəfini ləkələmək. Müəssisəmizin şərəfini qoruyaq.
2. Fəxr, iftixar ediləcək şey. □ ...qohumluğu özüm üçün böyük bir şərəf hesab edirəm. (Ü.Hacıbəyli).
3. Ehtiram, sayğı, hörmət. □ Xaki-dərgahinə hər sübh sürtər gün üzünü; Qaliba ondan ona hasil olubdur bu şərəf. (M.Füzuli).
4. Şərəfinə şəklində – birinə hörmət əlaməti olaraq, birinin adına, xatirəsinə. □ ...ilk badələri Səmədin şərəfinə qaldıraraq, öz sözləri ilə dedi. (B.Bayramov).
See also: