1. Sevinə-sevinə, fərəhlə, şən halda, sevinclə. □ Bu gördüyün şən-şən ellər bizimdir; Qarlı dağlar, coşqun sellər bizimdir. (A.Şaiq).
2. Zərf kimi: sevinə-sevinə, fərəhlə, şən halda, sevinclə. □ Yaşıl çəmən bayraq edər laləni; Ötərsiniz onda şən-şən, durnalar. (S.Rüstəm).
1. Pislik, yamanlıq, fənalıq, pis iş. □ Xeyir və şər. Şər deməsən, xeyir gəlməz. (Atalar sözü).
2. Böhtan, iftira, fitnə, intriqa; xata, xata-bala. □ ...səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. (S.S.Axundov).
3. Sifət kimi: böhtançı, iftiraçı, fitnəçi, intriqaçı, xatakar. □ Şər adamdır, ondan uzaq ol.
Klassik ədəbiyyatda şəriət mənasında işlənmişdir. □ Söz yox ki, badə şərdə olmuş bizə həram; Zənnim budur ki, yar ilə içsən həlal olur. (S.Ə.Şirvani).
See also: