1. Arxaizm. Üç manat qiymətində olan kağız pul; üçmanatlıq. □ Mənə deyir, üçlüyü cibimdən salıb itirmişəm. (Ə.Haqverdiyev).
2. Kart oyununda üçxallı kağız.
3. Sifət kimi: üç nömrəli. □ Üçlük mıx. Üçlük taxta.
4. Üç çalğıçıdan ibarət musiqiçilər dəstəsi; trio, üç nəfərdən ibarət ansambl. □ Azərbaycan xalq çalğı alətləri üçlüyü. Banduristlər üçlüyü.
5. Bir iş üçün təyin edilmiş üç şəxsdən ibarət komissiya, ya müvəqqəti orqan. □ Rayonda təcili tədbir üçün üçlük düzəldilmişdir. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti