1. Üstü örtülməmiş, üstü açıq olan; damı, qapağı olmayan; açıq. □ Üstüaçıq maşın.
2. Zərf kimi: üstünə heç bir şey örtmədən, üstünə heç bir şey salmadan. □ Üstüaçıq yatmaq.
3. Zərf kimi: açıq surətdə, açıq, gizlətmədən. □ Nicat dayı məndən soyumuşdu, hərdən lap üstüaçıq şəkildə məni danlayırdı. (B.Bayramov).
Azərbaycan dilinin izahlı lüğəti1. Bənzərlərinə görə daha yaxşı, daha yüksək səviyyədə olan, onları geridə buraxan, keyfiyyət və kəmiyyətcə daha yüksək, daha əlverişli olan. □ Sənətkarlıqla yazılmış balaca bir şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür! (S.Rəhimov).
2. Qalib gələn, qələbə çalan, qalib.
See also:
1. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü. □ Üstüörtülü maşın.
2. Məcazi mənada: aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli. □ Üstüörtülü sözdən fayda yoxdur.
3. Zərf kimi: məcazi mənada: aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli. □ Üstüörtülü danışmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir-birinin üstünə, qalaq-qalaq. □ Rəflərdə pas atmış mis qablar üst-üstə yığılmışdı. (Y.V.Çəmənzəminli).
2. Birlikdə götürüldükdə, hamısı bir yerdə, birlikdə. □ Üst-üstə hamısını bir kisəyə yığmaq.
3. Əl dəymədən, olduğu kimi, əvvəlki kimi, necə var elə. □ İndi-indi işə başlamışam, üst-üstə qoyub qaçım ki, nə var külfətimə yaxın olmaq istəyirəm. (Y.Əzimzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. □ Qabaqcılların iş üsulu. Tədris üsulu.
2. Təbiətdə və ictimai həyatda baş verən hadisələri dərk və təsdiq etmə qaydası; metod. □ Dialektik üsul. Tarixi-müqayisəli üsul.
3. Tərtib, nizam, qayda.
See also: