Üç at qoşulmuş, üç at qoşulan. □ Üçatlı fayton.
Üç atomdan ibarət olan. □ Üçatomlu birləşmə.
Üç ayaq üstündə duran şey (stol və s.); üçayaqlı, sacayaq. □ Fotoaparat üçün üçayaq. Qazanı üçayaqdan asmaq.
1. Üç ayağı olan, üç ayaq üstündə duran; üçqıçlı.□ Üçayaqlı masacıq.
2. İsim kimi: üç ayaq üstündə duran şey (stol və s.); üçayaqlı, sacayaq.
1. Üç ay üçün düzəldilmiş, üç aylıq müddətə nəzərdə tutulmuş, yaxud üç ay ərzində olmuş; rüblük.□ Üçaylıq plan. Üçaylıq məlumat. Üçaylıq ezamiyyət.
2. Yaşı üç ay olan, üç ay əvvəl doğulmuş. □ Üçaylıq uşaq. Üçaylıq quzu.
Əlində və ya ayağında ancaq üç barmağı olan.
Üç başı, təpəsi olan. □ Üçbaşlı dağ.
Bir neçə. □ Üç-beş manat pul. Üç-beş nəfər. Üç-beş günlük iş.
Ədəbiyyatşünaslıq. Üç bənddən ibarət olan. □ Üçbəndli şeir.
Üç-üç, üçər-üçər. □ Adamlar dəstə-dəstə – üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. (M.İbrahimov).
Riyaziyyat. Üç bucağı olan həndəsi cisim, üçkünclü cisim. □ Ax! Bu dəmir ağaclar; Həndəsi üçbucaqlar; Dünyanın o başını; Çəkib evlərə bağlar... (B.Vahabzadə).
Üç bucağı olan. □ Üçbucaqlı fiqur.
Üç, ancaq üç. □ Üçcə manat pulum qalıb.
1. Üç cərgə əmələ gətirən, üç cərgədə yerləşən.□ Üçcərgəli tikiş.
2. Üç cərgə toxum əkmək üçün olan; üç cərgə əkini becərən (kənd təsərrüfatı maşınları haqqında).□ Üçcərgəli toxumsəpən maşın.
Üç cilddən ibarət olan; üçcildlik. □ Üçcildli “Azərbaycan ədəbiyyatı tarixi”.