1. Anatomiya. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. □ Ürəyin döyünməsi. Ürək xəstəliyi.
2. Döşün qol tərəfində həmin orqanın üstündəki yer. □ Ürəyini tutmaq.
3. Məcazi mənada: həmin orqan insanın hiss, həyəcan, əhvali-ruhiyyə, təəssürat simvolu kimi. □ Adamın ürəyi sevinir. Ürəyini həyəcanlandırmaq. Ürəyim sakit deyil.
4. Məcazi mənada: bu orqan həssaslıq, xeyirxahlıq simvolu kimi. □ Ürəyi olmayan adamlar onu başa düşə bilməzlər.
5. Məcazi mənada: həmin orqan məhəbbət, sevgi, eşq, vurğunluq, qəlbən bağlılıq kimi (bu mənada əsasən “qəlb” sözü işlənir).
6. Bir şeyin əsas hissəsi, ən mühüm yeri, mərkəzi. □ Bu, elin öz istəyidir; El dövlətin ürəyidir. (A.Şaiq).
7. Məcazi mənada: cəsarət, hünər. □ Gecə ikən bir qadının təkbaşına ormana getməsi böyük bir ürək və cəsarət istər. (S.Hüseyn).
See also: