1. Heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. □ Ümidsiz cavab.
2. Zərf kimi: heç bir ümid verməyən, ümid edilməyən, arxayın etməyən. □ Ümidsiz danışmaq.
3. Ümidini kəsmiş, məyus, naümid. □ Teymur isə o qədər də ümidsiz deyildi. (M.Hüseyn).
4. Zərf kimi: ümidini kəsmiş, məyus, naümid. □ Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. (A.Şaiq).
5. Sağalmasına, xilas olmasına, qurtarmasına ümid olmayan, çarəsiz (ağır xəstə haqqında). □ Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti1. Böyük dəniz, dərya, okean. □ Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. (N.Rəfibəyli).
2. Məcazi mənada: hədsiz, həddən artıq, sonsuz, çox. □ Ümman dərdim var mənim; Könlüm olur xar mənim; Məskənim dağlar başı; Həmdəmimdir qar mənim. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti