öz məqsədinə çatmaq üçün hər cür çətinliyə qatlaşmaq, yorulmaq bilmədən çalışmaq.
sınaqdan uğurla keçmək; ~ sınaqdan çıxmaq.
özünə bəraət qazandırmaq, müqəssir olmadığını sübut etmək; günahını, nöqsanını ört-basdır etmək; ~ təmizə çıxarmaq.
1. Maddi cəhətdən vəziyyətini yaxşılaşdırmaq; ~ əli gətirmək. 2. Qəzəb, narazılıq və nifrət doğurmamaq üçün öz hərəkətlərinə, davranışına fikir vermək; ~ özünü yığışdırmaq.
çətin vəziyyətdə özünü itirməmək, fikrini, iradəsini toplamaq, sakitləşməyə çalışmaq; ~ acığını soyutmaq, özünü yığışdırmaq, hislərini cilovlamaq.
1. Diqqəti özünə cəlb etməyə, həmişə göz qarşısında olmağa çalışmaq; hər addımda öz üstünlüyünü, bacarığını göstərmək; ~ özünü gözə soxmaq, gözə girmək.
2. Əlamətləri, xüsusiyyətləri aşkara çıxmaq, görünmək, təzahür etmək; ~ üzə çıxmaq.
diqqəti özünə cəlb etməyə çalışmaq, həmişə göz önündə olmağa çalışmaq; yaltaqlanmaq, başqasının hörmətini qazanmağa çalışmaq; ~ özünü göstərmək, gözə girmək, şorba qızdırmaq.
bax: gücə düşmək.
şəxsi mənafeyini qorumaq, şəxsi maraqlarını önə çəkmək.
çox çalışmaq, əlləşmək; ~ özünü oda-közə vurmaq (atmaq), özünə həkk gəlmək, özünü öldürmək.
qoşulduğu işdə gözləmədiyi mürəkkəb vəziyyətlə üzləşmək; ~ özünə iş açmaq, ağrımayan başına dəsmal bağlamaq.
zəhməti, işləməyi sevməmək, tənbəl olmaq; ~ buğda yeyib cənnətdən çıxmaq, işdən boyun qaçırmaq, canına əziyyət verməmək.
çaşmaq, çətin vəziyyətdə nə edəcəyini bilməmək; ~ başını itirmək, pişik görmüş siçana dönmək, ağlı qarışmaq, özündə-sözündə olmamaq, öz adını başqasından soruşmaq.
hamıdan birinci tərpənmək, irəli çıxmaq, fərqlənmək, təşəbbüskar olmaq.
bir işə qarışmamaq, qoşulmamaq, öhdəsinə götürməmək, məsuliyyətdən qaçmaq; ~ kənar durmaq, boyun qaçırmaq, yaxasını qırağa (kənara) çəkmək.