Reklam
Reklam

All dictionaries

öz [öz] əvəzlik

1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan; şəxsi. □ Adamın öz yavan çörəyi, özgənin plovundan yaxşıdır. (Atalar sözü).
2. Şəxsən, müstəqil olaraq özü tərəfindən yaradılmış, görülmüş, alınmış, əldə edilmiş və s. □ Öz şeirlərini oxudu. Öz bostanını bizə göstərdi.
3. Ancaq özünə, yaxud bir şeyə xas; xüsusi. □ Axmaq adam öz səhvini düz bilər, ağıllı isə düzəldər. (Atalar sözü).
4. Doğma, yaxın (iş, məslək, əqidə və fikir cəhətdən). □ Adam öz tayını-tuşunu tapmasa, günü ah-vayla keçər. (Atalar sözü).
5. Bir işdə şəxsən, bilavasitə iştirak edən (onun mənbəyi, ya obyekti olan) şəxsi, ya şeyi göstərmək üçün isimdən, şəxs əvəzliyindən sonra işlənir. □ Ağac öz kökü üstə bitər. (Atalar sözü).
6. İsim və ya şəxs əvəzliyi yerində müstəqil işlədilir (bəzən cəm şəkilçisi ilə). □ Aləmi bəzər, özü lüt gəzər. "İynə" (Tapmaca).
7. Bir adamın və ya bir şeyin böyüklüyünü, əhəmiyyətini, mövqeyini nəzərə çatdırmaq üçün işlədilir. □ General özü gəlmişdi. Məni nazir özü qəbul etdi.

See also:

frazeologizm: ağlı özünə getmək frazeologizm: əlini özündə saxla! frazeologizm: fikri özündə olmamaq frazeologizm: getmə gözümdən, gedərəm özümdən frazeologizm: hərə öz atını çapır frazeologizm: içim özümü yandırır, çölüm özgəni frazeologizm: közü öz qabağına çəkmək frazeologizm: qazdığı quyuya özü düşmək frazeologizm: qul vurdu, özün öldürdü, ağaya ziyan elədi frazeologizm: öz adına çıxmaq frazeologizm: öz adını başqasına qoymaq frazeologizm: öz adını başqasından soruşmaq frazeologizm: öz adını yadından çıxarmaq frazeologizm: öz arşını ilə ölçmək frazeologizm: öz atını çapmaq frazeologizm: öz ayranına turş deməmək frazeologizm: öz başından (yanından) çıxarmaq frazeologizm: öz borcundan çıxmaq frazeologizm: öz əli, öz başı frazeologizm: öz göbəyini özü kəsmək frazeologizm: öz gününə salmaq frazeologizm: öz xoşuna qoymaq frazeologizm: öz işini görmək frazeologizm: öz kefinə buraxmaq frazeologizm: öz kökündən su içmək frazeologizm: öz kölgəsindən qorxmaq frazeologizm: öz payını götürmək frazeologizm: öz şirəsində qaynamaq frazeologizm: öz üzərində işləmək (çalışmaq) frazeologizm: öz yağında qovrulmaq frazeologizm: öz yağını öz başına çəkmək frazeologizm: öz yolu ilə getmək frazeologizm: öz yoluna düşmək frazeologizm: öz zurnası ilə oynatmaq frazeologizm: özü deyib özü eşitmək frazeologizm: özü özünə, külü gözünə frazeologizm: özüdür ki var frazeologizm: özümə nə gəlib? frazeologizm: özümə yer elərəm, gör sənə neylərəm frazeologizm: özündə olmamaq frazeologizm: özündən çıxarmaq frazeologizm: özündən çıxmaq frazeologizm: özündən demək frazeologizm: özündən dəm vurmaq frazeologizm: özündən getmək frazeologizm: özündən küs(sün) frazeologizm: özündən toxumaq frazeologizm: özündə-sözündə olmamaq frazeologizm: özünə çıxmaq frazeologizm: özünə əl gəzdirmək frazeologizm: özünə əl qatmaq frazeologizm: özünə gəlmək frazeologizm: özünə gətirmək frazeologizm: özünə görə deyil frazeologizm: özünə götürmək frazeologizm: özünə gün ağlamaq frazeologizm: özünə həkk gəlmək frazeologizm: özünə iş açmaq frazeologizm: özünə qayıtmaq frazeologizm: özünə quyu qazmaq frazeologizm: özünə sığışdırmamaq frazeologizm: özünə yer eləmək frazeologizm: özünə yer tapa bilməmək frazeologizm: özünə yük eləmək frazeologizm: özünü apara bilməmək frazeologizm: özünü ... aparmaq frazeologizm: özünü beşeşşəkli xoca kimi çəkmək frazeologizm: özünü bərkitmək frazeologizm: özünü buğda bazarında görmək frazeologizm: özünü cəmləşdirmək frazeologizm: özünü cırmaq frazeologizm: özünü çəkmək (dartmaq) frazeologizm: özünü dağ başına qoymaq frazeologizm: özünü dağa-daşa çırpmaq (vurmaq) frazeologizm: özünü doğrultmaq frazeologizm: özünü duruya (təmizə) çıxarmaq frazeologizm: özünü düzəltmək frazeologizm: özünü ələ almaq frazeologizm: özünü göstərmək frazeologizm: özünü gözə soxmaq frazeologizm: özünü gücə salmaq frazeologizm: özünü güdmək frazeologizm: özünü həlak etmək frazeologizm: özünü işə salmaq frazeologizm: özünü işə verməmək frazeologizm: özünü itirmək frazeologizm: özünü qabağa vermək frazeologizm: özünü qırağa (kənara) çəkmək frazeologizm: özünü ... qoymaq (vurmaq) frazeologizm: özünü qurutmaq frazeologizm: özünü naza qoymaq frazeologizm: özünü o yerə qoymamaq frazeologizm: özünü oda atmaq frazeologizm: özünü oda yaxmaq frazeologizm: özünü oda-közə vurmaq (atmaq) frazeologizm: özünü ortaya salmaq (atmaq) frazeologizm: özünü öldürmək frazeologizm: özünü özgədən xəbər almaq frazeologizm: özünü saxlamaq frazeologizm: özünü sındırmamaq frazeologizm: özünü şax tutmaq frazeologizm: özünü tay tutmaq frazeologizm: özünü tox tutmaq frazeologizm: özünü toxtaq saxlamaq frazeologizm: özünü toxumaq frazeologizm: özünü toplamaq (toparlamaq) frazeologizm: özünü tutmaq frazeologizm: özünü yerə vurmaq (çırpmaq, sürtmək) frazeologizm: özünü ... yerinə qoymaq frazeologizm: özünü yeyib-tökmək (dağıtmaq) frazeologizm: özünü yığışdırmaq frazeologizm: özünü-sözünü bilməmək frazeologizm: rəngi özünə gəlmək frazeologizm: sapı özümüzdən olan baltalar frazeologizm: sapı özümüzdəndir frazeologizm: səsi özünə xoş gəlir frazeologizm: sözü özünə götürmək frazeologizm: Tulaya öz samovarı ilə getmək Azərbaycan dilinin izahlı lüğəti