Miqdarca, sayca, həcmcə və s. artmaq. □ İşimiz çoxalmışdır. Mədəni tələbat getdikcə çoxalır.
Bax: çoxaltmaq.
Sayca, miqdarca, həcmcə və s. artırmaq, çox etmək. □ Məhsulu çoxaltmaq. Sayını çoxaltmaq.
Eyni zamanda bir neçə arvadla nikahı olan, bir neçə arvadı olan. □ Çoxarvadlı kişi.
1. Kişinin eyni zamanda bir neçə arvadla nikahı olan nikah forması; poliqamiya. 2. Eyni zamanda bir neçə arvadla nikahı olma, bir neçə arvadı olma.
Bir neçə at qoşulmuş, bir neçə atla sürülən (araba və s. haqqında). □ Atlardan çoxatlı arabalarda istifadə edilir və onların münasib qoşqu ləvazimatı olur.
Bir neçə atomu olan, bir neçə atomdan ibarət olan. □ Çoxatomlu spirt. Çoxatomlu üzvi birləşmə.
Zoologiya. Çoxlu ayaqları olan qurdvarı bədənli heyvanların böyük qisminin adı. □ Xərçəngləri, hörümçəkləri, çoxayaqlıları və cücüləri buğumayaqlılar adlandırırlar.
Bax: az-çox.
1. Həyat təcrübəsi, biliyi çox olan. □ Çoxbilən qoca. 2. İsim kimi: həyat təcrübəsi, biliyi çox olan adam.
1. Həyat təcrübəsi, biliyi çox olan. 2. İsim kimi: həyat təcrübəsi, biliyi çox olan adam. 3. Məcazi mənada: bic, hərif, hiyləbaz.
Biclik, hiyləbazlıq. □ .. Səkinə ərinin izzəti-nəfsi ucundan necə çoxbilmişliyə əl atdığına güldü. (M.İbrahimov)
1. Çoxlu bucağı olan. □ Çoxbucaqlı məqbərə. 2. İsim kimi: dörddən artıq bucağı olan həndəsi fiqur.
Çoxlu buğumdan ibarət olan, çoxlu buğumu olan. □ Çoxbuğumlu qurd.
1. Çoxlu, lap çox, olduqca çox, bolluca. □ Çoxca yemək. 2. Sifət kimi: çoxlu, lap çox, olduqca çox, bolluca. □ Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! (M.Ə.Sabir).