1. Təqdim edənə cari hesabdan müəyyən miqdarda pul verilməsi və ya onun hesabına keçirilməsi haqqında pul sahibinin sərəncamı olan sənəd. □ Çekləri, möhürü götürdüm, axtardım, bəlkə cibində nağd pulu var. (S.Rəhman).
2. Üzərində alınan mal üçün kassaya ödəniləcək məbləğ göstərilən və ya alınan mal üçün pulun kassaya ödənildiyini təsdiq edən sənəd; qəbz. □ Satıcıya çek yazdırmaq.