1. Keçmişdə kəndlilərin geydiyi aşılanmış göndən tikilən ayaqqabı. □ Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi. (“Koroğlu”).
2. Yüngül ev ayaqqabısı, şap-şap növü. □ Qadın çarığı.
See also:
1. Çarıq geymiş, ayağında çarıq olan. □ Malik motalpapaqlı, patavalı, çarıqlı, nimdaş paltarlı kəndliləri uzaqdan süzüb, qeyri-adi həyəcan içində olduqlarını anladı. (M.İbrahimov).
2. Məcazi mənada: keçmişdə cəhalət, gerilik, mədəniyyətsizlik mənasında işlənmişdir. □ ..O saat başlayır ki, mən ayağı çarıqlı, motalpapaq çobanın oğluna qız vermərəm. (Ə.Haqverdiyev).