Ərəbcə olan şaqul (rusca: отвес) sözünün təhrifindən əmələ gəlib. Ustalar hörgü zamanı ondan istifadə edirlər ki, divarda əyrilik alınmasın. Söz bizdə məcazi məna da kəsb edib: “xəlvət işi xəbər verən” anlamında da işlədilir (çuğullamaq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇul sözündən əmələ gəlib, “çula bürümək” deməkdir. Çul, corab, çuval sözləri güman ki, qohumdur. Çulğa “sarımaq” (обматывать) deməkdir, çul “sarımaq vasitəsi”dir, corab da “ayağa sarınan əşya”dır. -ğa şəkilçisi isimlərdən feil düzəldib: çul ismindən çulğamaq feili məhz bu yolla əmələ gəlib. Tatar dilindəki çulğa sözünü ruscaya “окружать”kimi tərcümə edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDa, də bağlayıcıları dəxi sözünün ixtisarından törəmədir. V.Bank yazır: “Türk dillərində “связывать” mənasını verən taq feili olub, ondan taqu (dağı forması da olub) feili bağlaması əmələ gəlib. Dəxi sözü taqu feili bağlamasının dəyişmiş formasıdır. Mənası “и”, “также”, “тоже” deməkdir. Dəxi sözü dağı şəklində monqol dilinə də keçib, “повторять”, “повторение” mənalarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, türkmənlər buna “aqsı” deyirlər. Görünür, xəstəlikdə ağlıq əlaməti olur (ağsıl sözü “ağımsov” kimi başa düşülə bilər). Ağız suyu artır, suluqlar əmələ gəlir. Ağ və su kəlmələrindən əmələ gəlib (Ağbığ adlı xəstəlik də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi türk dillərində bu söz təbən kimi işlədilir və “aşağı”,”yastı” mənasını verir. Su dəyirmanında da daban olur, qapının da dabanı var, mənaları “üstündə saxlayan, aşağısında duran”, “söykənəcək” deməkdir. Tapan sözü də var, təxminən, ”dişsiz dırmaq” deməkdir. Görünür, bu da daban sözü ilə bağlıdır, “yastı” (yapıq) anlamına uyğun gəlir. Güman edirəm ki, daban sözünün qədim kökü indi sıradan çıxmış olan da sözüdür və daban sözü ilə dayaq kəlməsi kökdaşdır. İkinci yozum da mümkündür: daban və təpik sözləri eyni kökə malik olub, “ayaq” anlamı ilə bağlıdır. Dəbərmək (tərpənmək) sözü də yuxarıdakılarla qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dəyirmanda üst daşınsürətini nizamlayan qurğudur. Davranmaq, dəbərmək sözləri ilə qohumdur. Türkmən dilində qez adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün kökü “dad”dır, amma feil deyil. Fel dad-a (dad-a-n-maq...) sözüdür (boşa, yaşa qəlibi üzrə), -mal isə feilə artırılmış şəkilçidir (sağmal, dəyməl sözlərində də var); -mal feildən sifət düzəldən şəkilçi olub, indi məhsuldarlığını itirib. Dadamal “bir şeyin dadını bilmək və ona ciddi meyil etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti