Xəstəlik adıdır, vərəm sözünün sinonimi kimi işlədilir. El arasında “adamı çərlədir” cümləsi az işlədilmir. Mənşəyi aydın deyil. Heyvan tərli halda su içəndə bu xəstəliyə tutulur. Güman ki, “su” anlamını verən cuyuq, carlamaq, çən, çisək, çi (şeh) sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün əsli çəhar və su kəlmələrindən ibarətdir. Çahar farsca “dörd”, su isə ərəbcə “tərəf” deməkdir. Dörd tərəfi bağlı yerdə alış-satış gedib və bazar adlanıb. Çərçi də “bazarçı” deməkdir, çəharsu kəlməsi dəyişərək çərçi formasına düşüb. Qədim alman sözü olan və rus dilində də işlədilən рынок sözünün mənası “dairə”, “meydan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars sözüdür, çəhar çube hərfi mənası “dörd (çər) ağac (çube)” deməkdir, çünki pəncərə (qapı...) çərçivəsi dörd qoldan ibarət olub. M.Kaşğaridə çərçivə yerinə, qapı yanağı ifadəsi işlədilib. Qapının çərçivəsinə (рамка) mənbələrdə yanağac kimi də rast gəlmək mümkündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti
Mənbələrdə çər sözü həm isim (запор), həm də feil (гноиться, засорить) kimi verilib. Çərləmək və çərlətmək sözlərinin də şərhi verilib: bərkimək, duruq əmələ gətirmək. İndi söz “revmatizm iltihabı, xəstəlik, qarğış” anlamlarında işlədilir. Çor xəstəliyi də var. Görünür, hər ikisi eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti