Dəmləyib içdiyimiz çay çin sözüdür. Çay dünyaya məhz Çindən yayılıb. 300 il əvvəl Çindən rus çarı Aleksey Mixailoviçə hədiyyə göndərilib. Çay sözünün mənşəyi “çin otu” deməkdir. “Река”mənasındakı çay xalis türk sözüdür, su anlamı ilə bağlıdır (müqayisə et: çamır, çala, çilə...). Mənbələrdə ösön (река), ölqo (dağ çayı), ölə (смочить), öl (nəm), ölən (yaş bitki) sözləri də qeydə alınıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənası “iki dağın arasından axan çayın məcrası” deməkdir. Hərfən “çay yeri” anlamını verir. Çay isə “su” deməkdir. Çay, çara (heyvanın tökdüyü maye), çimmək, cummaq, çağlamaq, çala, çökək, çuxur, carlamaq, çayıl (bu bizdə işlədilmir, bəzi türk dillərində çimmək üçün suyun qabağını kəsib göl düzəltməyə çayıl deyirlər) sözlərinin hamısı su ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Bu barmağın adı mənbələrdə çiçamuq, çocuq, çoşqa formalarında da qeyd edilmişdir. (Qaqauzlar buna “ən kiçik barmaq” deyirlər). Hər üç sözün “kiçik” mənası vardır. Bunlardan biri (çiçamuq sözü) fonetik baxımdan çeçələ sözünə daha çox yaxındır. Güman edirəm ki, çeçələ məhz çiçamuq sözünün dəyişmiş formasıdır.
2. Buna “sərçə barmaq” da deyiblər. Görünür, çəçələ və sərçə eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇevirmək feilindən -ə şəkilçisinin vasitəsilə əmələ gəlmiş isimdir. Çevirmək, çevik, çevrə kimi sözlərin etimonu (etimoloji, ilkin kökü) çev sözüdür, indi müstəqil işlənmir. Qədim mənası “əymək”, “fırlamaq” deməkdir. Bunu sözün indiki leksik mənası da sübut edir, başqa dillərə tərcüməsi də: farsca çənbər, rusca круг və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti