Ilğı“bütövlük” mənasını verən söz olub, “birləşdirmək”anlamında ıl feili işlədilib. Cılğa və ılğı eyni söz olub, “tamamilə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Xalis sözünün sinonimi kimi işlədilən cılxa sözü cımxır sözünün təhrif olunmuş formasıdır. Cımxır isə çim və qır (hər ikisi “tamam” mənasında işlədilir) sinonimlərinin birləşməsindən əmələ gəlib (çim sudur, qır duzdur deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Xalis” mənasında işlədilən bu söz, zənnimcə, çim və qır(xır) sinonimlərinin birləşməsindən törəyib (çimnaz – təpədən dırnağa qədər, tamam naz deməkdir. Qır duzdur cümləsində qır “tamam”, “xalis” deməkdir). Deməli, indiki cımxır sözünün əsli çimqır kimi olub. Cod, cad (qarğıdalı, darı unundan bişirilmiş və tez ovxalanan çörəyə “cad” deyirlər) və cadar sözləri də eyni kökdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQuyruğu əridəndə yağı çıxır, bərk yeri qalır. Buna cızdaq deyirlər. Sözün əsli cızlaq olub. Cız təqlidi sözdür, onun üzərinə -laq şəkilçisi artırılıb, sonra -daq formasına düşüb. Cız “od”, “yanmaq”, “ərimək” mənasında işlənir (müqayisə et: cız-bız). Cızdağı çıxıb cümləsi də var: “yağı əriyib, sümüyü qalıb” deməkdir. Cızbız sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCib ərəbcədədir gir isə farsca qereftən (götürmək) feilinin əsasıdır (məna: “cibdəkini götürən”). Farslar buna “cibbor” da deyirlər. Borboridən (aparmaq) məsdəri ilə bağlıdır. Bəzən sözün mənşəyini cib və girmək kəlmələri ilə bağlayırlar, amma pulgir tipli sözlər bunun doğru olmadığını göstərir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti