Sözün əsli mürəkkəb olub, burun və taxmaq kəlmələrindən əmələ gəlib. Burunduk şəklində işlədilib, bu formada rus dilinə də keçib. Mənası belədir: heyvanın burnuna ipi siyirtmə salırlar ki, baş aparmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz boynuz kimi də işlədilib. “Çıxıntı, şaxə” mənalarını əks etdirib. Tısbağa sözü münüz (buynuz) bağa kimi də qeydə alınıb. Burada buynuz “sümük” anlamındadır. Zənn edirəm ki, söz boyun və muz hissələrindən ibarət olub, “boyunun üstündəki sümük”, “çıxıntı” mənasını əks etdirib. Türkmən dilində buynuz yerinə, şax işlədilir, farscadır, şaxə sözü ilə kökdaşdır. Elə şaxə özü də çıxıntı anlamını verir. Başqa yozuma görə söz boyun” və uc (boyunun ucunda olan) kəlmələrinin birləşməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBüzüşmək feili ilə qohumdur. “Suyun üzünün soyuqdan büzüşməsi” deməkdir. Mənbələrdə feil kimi verilib və rus dilində “замерзать” kimi tərcümə olunub. “Ər tumluqta buzti” cümləsi də verilib: kişi soyuqda dondu. Sözün “soyuq” mənası da var və sifət bildirdiyindən dərəcə əlaməti də qəbul edir: bumbuz! Deməli, buz sözü həm feil, həm isim, həm də sifət kimi formalaşıb. Başqa yozuma görə sözün etimonu bu feilidir, buy və buz (замерзать; застывать) formalarına malik olub. Buy feili Bakı dialektində indi də “donmaq” mənasını verir: Buyuxdum, yəni “soyuqdan dondum”. Buz ad –feil omonimi kimi işlədilib: həm “лед” həm də “застывать, замерзать” mənalarını verən söz olub. Buz sözünün “sındırmaq” mənası da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlkin mənada “doğulmuş” deməkdir. Qarnında balası olan heyvana “boğaz” deyirik (əsli: buza, buzağ olub). Deməli, buzaq “bala”dır, buzov isə onun təhrif olunmuş formasıdır. “hamilə” mənasında işlədilən boğaz kəlməsi də, əslində, buzağ kimi olub, “bala” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBurmaq, bürümək, bükmək kəlmələri etimoloji baxımdan kökdaş sözlərdir. Görünür, sözün ilk kökü bu kəlmədir, onun üzərinə -k şəkilçisi artırmaqla yeni leksik vahid olan bük sözü əmələ gəlib, r səsi artırmaqla bur kəlməsi meydana çıxıb və s. Bürü(mək), sürü (mək) sözlərinin sonundakı –ü şəkilçisi feilin icbar növünə meyil bildirir (müqayisə et: atı sür, odunu sür...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bilək daşı kimi qeydə alınıb, əsli biləklayu olub, biləgü kimi də işlədilib, “biləyə oxşayan” deməkdir. Bilə feili olub və “bülövləmək” mənasında işlədilib. Başqa yozum: biçməs (bismək, bizmək forması da olub) sözünün kökü bi ismi olub, bıçaq, -bıçqı (mişar), bucaq kəlmələri də onun əsasında yaranıb. Bi sözünün qədim mənası, kəsərin “iti tərəfi” deməkdir. Onun zəminində bil-ə-mək (itiləmək) feili əmələ gəlib, ç (s,z) səsi bi ismini feilə çevirib. Bülöv (əsli: bi-lə-v) kəsəri itiləmək üçün vasitədir. Sözün bis forması (“iti” mənasını verir) sonradan biz (şilo) şəklinə düşüb. Biz ad-feil omonimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti